2018-09-10 17:16:08   |   174 dəfə oxunub

Psixoloq da bu qanun layihəsini DƏSTƏKLƏDİ: "... işimiz rahatlaşar "



Artıq "hər yoldan ötən" psixoloq ola bilməyəcək. Belə ki, Azərbaycanda uzun müddətdir müzakirə edilən "Psixoloji yardım haqqında" qanun layihəsi hazırdır. Bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev məlumat verib. 

O deyib ki, qanun layihəsi Səhiyyə komitəsi tərəfindən hazırlanıb, müzakirələrdən keçib, müxtəlif əlaqədar nazirliklərdən, dövlət komitələrindən müsbət rəylər alınıb. 

Aidiyyatı üzrə qeyri-hökumət təşkilatları, müxtəlif psixoloji mərkəzlərdə çalışan psixoloqlar qanun layihəsi ilə bağlı dinləmələrdə iştirak ediblər, işçi qrupunun tərkibində olublar. Qanun layihəsi Milli Məclisin payız sessiyası zamanı plenar iclasa çıxarılacaq və qəbul olunacaq.


Sözügedən qanun layihəsini dəyərləndirən psixoloq Fərqanə Mehmanqızı "Sherg.az" söyləyib ki, yalnış psixoloq yardımı bir xəstəliyin səhv müəlicəsinə bənzəyir. 

"Onun qənaətincə, psixoloqların sayının gündən-günə kəskin şəkildə artması və digər problemlərlə bağlı qanun layihyəsinin hazırlanması yaxşı haldır:

"Bəzən hər hansı bir işlə məşğul olan şəxsin psixoloq kimi işlədiyini görürəm. Hətta ona klinikalarda yer də verilir. Həqiqətən, belə məqamlar bir psixoloq kimi məni də üzür. Çünki bu sahə çox məsuliyyətlidir. Yəni sənin dediyin bir söz hər hansısa bir şəxsin şüuraltına təsir göstərirsə, onda bu iş digər peşələrdən daha çox diqqət tələb edir. 

Məncə, hazırda elə də savadsız psixoloq yoxdur. Amma bəzən pasientlə danışıq zamanı və ya yardımlar zamanı atılan səhv addımlar artıq həmin insanda bu sahəyə qaşı mənfi fikirlər yaradacaq. Bu da onlarda psixologiyaya güvənsizlik meyli yaradacaq. Müəyyən vaxtdan sonra həmin şəxslərin psixoloqa ehtiyacı olanda bunu qəbul etməyəcək. Psixoloq köməyindən boyun qaçıracaq. Bunun sonu da heç də yaxşı olmur. Psixoloqlarla bağlı verilən qanun layihəsi qəbul olunsa, işimiz rahatlaşar”.

F.Mehmanqızı onu da bəyan edib ki, psixologiyada diqqət edilməli bir sıra nüanslar mövcuddur:

"Bəzən universitetdə psixologiya ilə bağlı verilən dərslər bu sahədə xidmət göstərənlərə o qədər də kömək olmur. Əsasən, praktika olmalıdır. Çünki praktika olduqda psixoloqun pasientlə işi asanlaşır. Ona daha dəqiq və lazım olan yardım göstərir. Lakin universitet oxuyub və ya hər hasısa bir sertifkatla psixoloq işləmək düzgün deyil. 

Psixoloqlar cəmiyyət içərisində hər kəsdən fərqlənməlidir. Onun həm sosial media hesablarında, həm də həyatında bir duruşu olmalıdır. Digərlərindən fərqlənməyi bacarmalıdır. Fərqlənmə didikdə də öz fikirlərinə, dünya görüşünə, baxış tərzinə, danışığna görə seçilməlidir. Özünü kimdənsə yuxarı və ya aşağı aparmamalıdır. Sadəliyi, fərqliliyi ilə hər kəsə nümunə olmalıdır. Psixoloq ailəsi ilə gündəmə gəlməməlidir”.

Psixoloqların "qəhramanlıqlarından" söz açan F.Mehmanqızı diqqətə çatdırıb ki, psixologiya sahəsində bəzi yanlış davranışlar olur:

"Bəzən psixoloqlar öz pasientlərinin həyat hekayələrini, sirlərini sosial mediada izləyiciləri ilə paylaşır. Bununla özlərinə maraq yaratmaq, diqqət çəkmək istəyirlər. Amma bu, belə olmaz. Müəyyən rəvayəti danışmaq, paylaşmaq mümkündür. Lakin birinin sənə açdığı sirri hər kəsə yaymaq doğru deyil. Hətta psixoloqlar yardım etdikləri insanlarla birlikdə şəkillərini payaşırlar. Hər nə qədər də şəkildə yer almış şəxsin icazəsi olsa da, buna heç cür haqq qazandırmıram. Çünki pasientinə psixi təsir göstərməklə də onun razılığını almaq olar. 

Amma ümumilikdə bu kimi məqamlara diqqət yetirilməlidir. Psixologiya elminə sahib olmayan biri zərərçəkmiş şəxsə heç cür düzgün yardım edə bilməz. Psixi yardıma ehtiyacı olan bir insana doğru kömək göstərilməlidir. Əgər həmin şəxsə düzgün təsir göstərilməzsə, onun sonu intihara qədər davam edə bilər”.

Kənan Eynuroğlu










SON XƏBƏRLƏR

2018-11-21