2018-09-10 17:47:10   |   188 dəfə oxunub

QMİ və Dini Komitənin tövsiyəsi təqdir olundu: "Uşaqların Aşuraya aparılması düzgün deyil”



"Tək "Aşura” gününə deyil, bütün dini mərasimlərə uşaqların aparılması məqsədəuyğun deyil”.

Bunu "Sherg.az”a "Gənc Vətəndaş" İctimai Birliyinin icraçı direktoru Günel Səfərova söyləyib. 

Onun sözlərinə görə, hətta məktəb yaşına çatmayan elə uşaqlar var, çətin Quran ayələrini əzbər bilirlər:

"Birmənalı olaraq, uşaqların dini təhsilə yönləndirilməsinin tərəfdarı deyiləm. Düzdür, bu, vicdan azadlığıdır, insanların dini etiqadına hörmətlə yanaşmalıyıq. Lakin uşaqlarımızı zərərli olan bəzi məqamlardan uzaq tutmağı bacarmalıyıq. Uşaqların, məktəblilərin Aşura mərasimlərinə aparılması düzgün deyil. Məhərrəm ayı çox ağır ay sayılır. 

Aşura günün kökündə müharibələr, imamların öldürülməsi dayanır. Belə hadisələrin körpələrə mənfi formada çatdırılması onlara yaxşı təsir göstərmir. Ona görə, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsləhəti təqdirəlayiqdir. Uşaqların Aşura mərasimlərinə aparılması düzgün deyil”.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Lənkəran Şəhər və Masallı Rayon İcra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə keçirilən seminar-müşavirələrdə "Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda müzakirələr aparılıb. Tədbirlərdə DQİDK-nin, QMİ-nin məsul işçiləri, dini icma sədrləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Şeyxülislam Allahşükür Paşazadə "Aşura” günü uşaqların məscidlərə gəlməsinin məqsədəuyğun olmadığını söyləyib.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-25