2018-09-11 11:14:56   |   143 dəfə oxunub

Nazirlik icazəsiz ova cəhd edənləri cərimələyib



 Ovçuluq təsərrüfatında icazəsiz ova cəhdin qarşısı alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən Ağzıbir ovçuluq təsərrüfatına müvafiq icazə olmadan daxil olan Şabran rayon sakini Hətəm Teyyubov, Şamaxı rayonunun dağlıq ərazisində isə ova cəhd edən Bakı şəhər sakini Nazim Rzayev saxlanılıb. Onlardan iki ov tüfəngi, on bir patron götürülüb.

Təqsirkarlar barəsində qanunamüvafiq tədbir görülüb və hər birinə inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq edilib.






SON XƏBƏRLƏR

2018-11-22
2018-11-21