2018-09-11 11:22:35   |   196 dəfə oxunub

"Şahdəniz-2" layihəsi çərçivəsində daha 4 quyu işə salınıb



 "Şahdəniz-2" layihəsi çərçivəsində "Bravo" manifoltundan artıq 4 quyu işə salınıb.

"Report" xəbər verir ki, bunun "BP” şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns deyib.

Bundan başqa, onun sözlərinə görə, "Alfa" platformasından da bir neçə quyu işə salınmaq üzrədir.

"Həmin 4 quyu təzə açıldığı üçün onlardan qaz və kondensatla yanaşı qum və çınqıl da çıxır. Hasilatın sabitləşməsini gözləmək lazımdır. Ona görə də, təmizlənmə işləri həyata keçirilir. Bu səbəbdən gündəlik hasilatın həcmi bağlı nəsə demək çətindir", - deyə o, qeyd edib.







SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17