2018-09-11 12:21:59   |   97 dəfə oxunub

İsveçdəki seçkilərdə daha bir azərbaycanlı qələbə qazandı



İsveçdə keçirilən parlament və bələdiyyə seçkilərində daha bir soydaşımız səs çoxluğu ilə qələbə qazanıb. Belə ki, İsveçdə yaşayan azərbaycanlı Turan Əliyev "Mərkəz” Partiyasından Partille bələdiyyəsinə üzv seçilib. Bu barədə məlumatı Modern.az-a diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.

"Turan Əliyev bir ildir ki, həmin partiyada fəaliyyət göstərir. Hal-hazırda bələdiyyədə partiyanın idarə heyyətinin üzvüdür. Seçkilərdə yüksək səs coxluğu ilə seçildiyi üçün bələdiyyədə və İsveçin ən böyük əyalətində komissiya və idarələrdə partiyanı təmsil edəcək. Qürurverici məqam odur ki, partiyanın 12 nəfərlik namizədlərindən yalnız Turan Əliyev bir əcnəbi kimi seçkilərə gedib”.

Hazırda İsveçdə 290 bələdiyyə var. Partiller bələdiyyəsində 51 üzv var. Onların hər biri səsvermə hüququna malikdir. Turan Əliyev də səsvermə hüququnu özündə daşıyacaq və qərarların qəbul olunmasında iştirak edəcək. Qeyd edək ki, İsveçdə bələdiyyələrin cəmiyyətdə rolu böyükdür və qərarların qəbul olunmasında kifayət qədər təsir imkanları var.

P.S. Turan Əliyev 1983-cü ildə Naxçıvanda anadan olub. 2004-cü ildə Naxçıvan Dövlət Universitetinin Yol hərəkətinin təşkili fakültəsini bitirib. Universiteti bitirəndən sonra İsveçə köçüb.






SON XƏBƏRLƏR

2018-09-22
2018-09-21