2018-09-11 13:33:32   |   363 dəfə oxunub

SENSASİYA: "Koçaryan danışsa, Rusiyanın cinayətləri üzə çıxacaq..."

"...bu dövlətin Qarabağda törətdiyi əməllər bütün dünyaya bəyan olacaq"



"Robert Koçaryan həm Azərbaycanda, həm də Ermənistanda dövlət cinayətkarıdır”.

Bunu "Sherg.az”a millət vəkili Araz Əlizadə söyləyib. 

O qeyd edib ki, R. Koçaryanı müdafiə edən qüvvələr də ən az onun qədər cinayətkardır:

"Başda Rusiya olmaqla cinayətkara dəstək olan qüvvələr mövcuddur. Kreml R. Koçaryanı ona görə müdafiə edir ki, eks-prezident danışsa, Rusiyanın cinayətləri üzə çıxacaq. Bu dövlətin Qarabağda törətdiyi əməllər bütün dünyaya bəyan olacaq. Məhz buna görə də, rəsmi Moskva R. Koçaryanın həbs olunmamasına çalışır.

Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan sabiq prezidentdən intiqam almır. O, erməni xalqının başına açdığı müsibətlərə görə, R.Koçaryan və onun mafiyasının cəzasını almasını istəyir. Bütün bunlara rəğmən indiki baş nazirin qətiyyətli, normal rəhbər olduğunu deyə bilmərəm.

Proseslər davam edir. Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi planlaşdırılır. Bu, baş tutarsa, hadisələri izləmək, nəticələri haqqında düşünmək olar. İstənilən halda, hesab edirəm ki, erməni xalqı Azərbaycana qarşı nankorluq, cinayətlər etdiyinə görə, heç vaxt xoşbəxt olmayacaq”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilmiş görüşdə Ermənistanın ikinci prezidenti Robert Koçaryanın məsələsini müzakirə ediblər. Görüşdən sonra jurnalistlərin suallarını cavablandıran erməni baş nazir R. Koçaryanı həbs etmək niyyətindən daşınmayacağını bildirib: 
"Ermənistanda cinayət işi konkret şəxslərə qarşı deyil, Cinayət Məcəlləsinin pozulması faktına görə açılır. Ermənistanın bütün vətəndaşları qanun qarşısında bərabərdir və əgər Cinayət Məcəlləsinin pozulması faktı varsa, cinayət işi açılır və açılacaq da"

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-11-21