2018-09-11 13:52:10   |   218 dəfə oxunub

"Rusiya mülayimləşib, ölkəmiz vəziyyətdən səmərəli istifadə etməlidir" - Professor



"Vladimir Putinin Azərbaycana səfəri iki ölkə arasında inkişaf edən münasibətlərin davamıdır”

Bunu "Sherg.az”a Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov bildirib.

Onun sozlərinə görə, son zamanlar Azərbaycan və Rusiya münasibətləri inkişafdadır:

"Russiya bizə ən yaxın olan dövlətlərdən biridir. Bunu həm ölkə başçılarının səfərlərindən, həm də ötənlərdə Azərbaycanla şimal qonşumuz arasında bağlanan müqavilədən aydın görmək olar. Məncə, V.Putinin ölkəmizə səfəri iki ölkə arasındakı əlaqələrin daha da yaxınlaşmasına gətirib çıxaracaq. 

Həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli birbaşa Rusiyadan asılıdır. Son vaxtlar Rusiya bu məsələlərdə mülayimləşib. Belə məqamlardan ölkəmiz vəziyyətdən səmərəli istifadə etməlidir. O da Ermənistandakı gərgin vəziyyətlə bağlıdır. Rusiya liderinin ölkəmizə gəlməsi ilə bütün məsələlərin həll olacağını iddia edə bilmərəm. Amma məlum səfərin fonunda bəzi addımlar atıla bilər. Hadisə və ya proseslər sonda bir nəticə verə bilər.

 Çünki mövqeyimiz qəti və prinsipaldır. Dövlət başçımız münasibətimizi bütün görüşlərdə açıqlayır. Bu da bizim Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı seyirçi mövqedə qalmaycacağımızı açıq-aydın ortaya qoyur. Məncə, hamı da bunu yaxşı başa düşür”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 25-də Azərbaycana səfər edəcək. Bu barədə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov Azərbaycan-Rusiya münasibətlərinə həsr olunan Bakı-Moskva videokörpüsü zamanı bildirib. L.Kalaşnikov Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev ilə Vladimir Putin Rusiya liderinin sentyabrın 25-də Bakıya səfəri çərçivəsində işgüzar görüş keçirəcəklər. Görüşdə tərəflərin sentyabrın 1-də Soçidə baş tutan görüşü zamanı razılaşdırdıqları və ya vaxt tapıb haqqında bəhs edə bilmədikləri məsələlər nəzərdən keçiriləcəkyini deyib.

Kənan Eynuroğlu







SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17