2018-09-11 14:24:55   |   336 dəfə oxunub

“Türkiyə, Rusiya və İran dolları sıradan çıxara bilməyəcək" - EKSPERT



"Türkiyə, Rusiya və İran ayrı-ayrılıqda dəfələrlə cəhd edib, xarici ticarətin milli valyuta ilə aparılmasına çalışıblar. Lakin bu səylər heç bir nəticə verməyib”.

Bunu "Sherg.az”a üç ölkənin dollarsız ticarətlə bağlı müzakirələr aparmasından danışarkən iqtisadçı - ekspert Vüqar Bayramov söyləyib. 

Onun fikrincə, milli valyuta ilə əməliyyatların aparılması razılaşdırılsa belə dollar ucuzlaşmayacaq:

"Hər üç ölkənin milli valyutasına təzyiqlər var, dollar möhkəmlənir. İndiki məqamda bu şəkildə regional razılaşmaların dolların məzənnəsinə təsir imkanları xeyli məhduddur. Gələcəkdə regionda milli valyuta ilə ticari əməliyyatların aparılması ənənəsi formalaşa bilər. Hələlik isə, dünya üzrə yığımların 62 faizi dollardır, strateji məhsullar bu valyuta ilə satılır.

İran və Rusiya, o cümlədən Türkiyə ticarət əlaqələrində milli valyutanın məzənnəsini müəyyən edərkən belə, çarpaz valyutalardan istifadə edəcəklər. Bütün hallarda valyutalar dollara mübadilə olunmalıdır. Ona görə, dolların bu kontekstdən sıradan çıxarılması mümkün deyil. Dolların məzənnəsinin regional valyutalara nisbətən ucuzlaşması gözlənilən deyil”.

Qeyd edək ki, Türkiyə, Rusiya və İran milli pul vahidləri ilə ticarətin aparılması mövzusunda razılaşıb. İranın Mərkəzi Bankının sədri Əbdülnəsir Himmətin sözlərinə görə, yaxın gələcəkdə Türkiyə və Rusiyanın mərkəz banklarının rəhbərləri ilə bir araya gələcək, razılaşdırılmış məsələlərin sürətli şəkildə icrasına keçməyi müzakirə edəcəklər.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-24
2018-09-23