2018-09-11 16:38:51   |   301 dəfə oxunub

Ekspert də təsdiqlədi: "Bu proses "qara qızıl"ın bahalaşması ilə nəticələnəcək"




ABŞ Prezidenti Donald Tramp noybarın 4-nə qədər müttəfiq ölkələrdən İrandan neft idxalını dayandırmasını istəsə, dünya bazarında "qara qızıl"ın 1 barelinin qiyməti 100 dollara qədər bahalaşa bilər.

Bunu "FACTS Global Energy Group”un rəhbəri Fereidun Fesharaki bildirib. O qeyd edib ki, İrandan neft tədarükü tamamilə dayansa, digər böyük istehsalçılar bu boşuğu asanlıqla doldura bilməyəcək:
"Odur ki, "Brent" markalı neftin 100 dollara qədər bahalaşması mümkündür. Bununla belə qiymətin 100 dollara çatması həm də ABŞ və Çinin arasındakı ticarət müharibəsindən asılıdır".

İddiaları şərh edən Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban "Sherg.az”a bildirib ki, ABŞ admistirasiyası da analoji fikirlər səsləndirir.

Fond rəhbərinin qənaətincə, sözügedən məsələ ilə bağlı gələcəkdə "qara qızıl” bazarında qıtlığın yaranmaması üçün adekvat tədbirlər görülür:

"Bura da əsas məqsədlərdən biri OPEK-ə daxil olan və olmayan dövlətlərin neft hasilatlarını artırması ilə qıtlığın aradan qaldırılmasına nail olmaqdır. Bundan başqa məsələnin aradan qaldırılması fonunda ABŞ öz strateji ehtiyatlarından istifadə edəcək. Hətta bununla bağlı xüsusi qərar da imzalanıb. Yəni ABŞ öz ehtiyatlarını dünya bazarında neft qıtlığı yaranmaması üçün azalda bilər. 

Amma İranın neft hasilatının aşağı düşməsi bazarda "qara qızılın” qiymətinin bahalaşması ilə nəticələcək. Nəzərə alsaq ki, may ayında İran dünya bazarına 2,8 milyon bareldən çox neft ixrac edirdisə, sentyabr ayının əvvəlində bu göstərici 2 milyon barel olub. 

Yəni cənub qonşumuz 0,8 milyon barel neft hasilatını aşağı salıb. Lakin may ayı ilə nefin indiki qiymətlərini tutuşdursaq, elə bir ciddi dəyişiklik yoxdur. Uzun müddətdir ki, qiymətlər 77 dollar ətrafında dəyişir. Bu da onu göstərir ki, İran dünya bazarına neft ixracını azaltsa da, "qara qızılın” qiymətdə elə bir əsaslı artım müşahidə olunmur”.

Kənan Eynuroğlu







SON XƏBƏRLƏR

2018-09-25
2018-09-24