2018-09-11 17:44:25   |   251 dəfə oxunub

"XXI əsrdə Aşuranın orta əsrlərdəki kimi təşkil edilməsi doğru olmaz" - Akademik



"Aşura mərasimlərinin keçirilməsi ilə bağlı ölkəmizdə çox yaxşı ənənə formalaşıb”.

Bunu "Sherg.az”a millət vəkili, akademik Nizami Cəfərov söyləyib. 

Onun fikrincə, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz maarifləndirmə fəaliyyətlərini yetərincə təbliğ ediblər:

"Təbii ki, aidiyyəti qurumların bildirdiyi kimi Aşura mərasimlərinə uşaqların, azyaşlıların qatılması düzgün deyil. Aşura mərasimlərinin kütləvi keçirildiyi zamanlarda belə uşaqların qatılması ənənəsi özünü göstərməyib.

XXI əsrdə Aşura mərasimlərinin orta əsrlərdə olduğu kimi təşkil edilməsi doğru olmaz. Düzdür, əksər hallarda gənclərimiz buna meyl edirlər. Amma Aşuranı qan verərək qeyd edə bilərlər. Bu aksiyaları kütləviləşdirmək müsbət haldır.

Son illər ölkəmizdə dini tolerantlıq, dinin elmi cəhətdən izahı ilə bağlı aparılan maarifləndirmə işləri böyük təcrübə formalaşdırır. Bunun genişləndirilməsinə çalışmaq lazımdır”.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Azərbaycan Dəmir Yolları" QSC ilə birgə "Dini ekstremizm - ictimai təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” adlı tədbirdə keçirib. Tədbirdə çıxış edən DQİDK-nin sədr müavini Səyavuş Heydərov bildirib ki, dini radikalizmdən istifadə etmək istəyən qüvvələr müxtəlif dövlət qurumlarına nüfuz etməyə çalışırlar. Komitə sədrinin sözlərinə görə, bu məsələdə hər kəs diqqətli olmalı və belə hallara imkan verilməməlidir.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-11-21