2018-09-11 20:20:25   |   334 dəfə oxunub

Nikol Paşinyanın kadrları ona xəyanət edir?



"Ermənistan daxili siyasətində bu dəqiqlərdə gərginlik yaşanmaqdadır. Ermənistan baş naziri Nikol Paşinyanın güvəndiyi şəxslərin gizli səs yazıları ortaya çıxıb". 

Buy barədə "Sherg.az"a analitik Ehtiram Aşırlı bildirib. Onun sözlərinə görə, səs yazısının Ermənistanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan ilə Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyana aid olduğu söylənilir: 

"Səs yazısında keçmiş prezident Robert Koçaryan və KTMT-nin baş katibi Yuri Xaçaturovun həbsi barədə bəhs olunur. Orada qeyd olunur ki, Vanetsyan təklif edir ki, rusların qəzəbinə səbəb olmamaq üçün Xaçaturovun məsələsinə ciddi yanaşsınlar və onun əvəzinə sabiq müdafiə naziri Seyran Ohanyanı həbs etsinlər.

O, həmçinin Xaçaturovun müavini, yəni general-leytenant Haykaz Bağmanyanın işinə baxılmasını xatırladır. Tərəflərin danışığında hətta Seyhan Ohanyana qarşı ciddi ittihamların olduğu və onun da həbs ediləcəyi barədə fikir mübadiləsi aparılır. Sasun Xaçatryan isə S.Ohanyanın əhalini təhdid edərək, qoşun yeridəcəyi barədə xəbərdar etməsinə dair tutarlı dəlillərin olduğunu bildirir.

Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook"da canlı yayım zamanı gizli səs yazısının yayıldığını təsdiqləyib. Həmçinin o, milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanetsyanı yanına çağıraraq mətbuat üçün açıqlama verməsinə dair göstəriş verib.

Görünür, N.Paşinyanın kadrları artıq ona güvənmirlər və növbəti seçkilərdə də qalib gələcəyinə inanmırlar. Beləcə, ətrafı bir-bir ondan uzaqlaşmağa başladığını görürük.

Böyük ehtimal Ermənistan baş naziri xalqın gözündə nüfuzdan düşməmək üçün Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan ilə Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanı istefaya göndərəcək. Əks təqdirdə erməni xalqının Nikol Paşinyana olan etimadı zəifləyəcək. 

Çünki erməni xalq N.Paşinyanın verdiyi qərarların yalan olduğunu və 2008-ci il 1 mart hadisələri ilə bağlı aparılan cinayət işinin xalqın gözündən pərdə asmaq kimi qiymətləndirəcək. Digər tərəfdəndə, gələcəkdə keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkilərində N.Paşinyanın qalib gəlməsi ehtimalı olduqca aşağı düşəcək".








SON XƏBƏRLƏR

2018-11-15