2018-09-11 21:05:53   |   101 dəfə oxunub

“Peşə təhsili mərkəzlərinə 168 ixtisas üzrə tələbə qəbulu aparılır” – NAZİR


"Azərbaycan və Koreya hökumətlərinin birgə kredit layihəsi çərçivəsində ölkəmizdə Sənaye və İnnovasiyalar üzrə Peşə Tədris Mərkəzinin bazasında yeni, səkkiz istiqaməti əhatə edən, dünya səviyyəli, müasir peşə tədris mərkəzinin yaradılması üçün işlər aparılır. Gələn il layihəyə başlanılması gözlənilir”. Modern.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov jurnalistlərə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, əmək bazarının dəyişən və artan tələbləri nəzərə alınaraq, bu il 33-ü yeni ixtisas olmaqla, ümumilikdə 168 ixtisas üzrə peşə təhsili mərkəzlərinə tələbə qəbulu həyata keçirilir.







SON XƏBƏRLƏR

2018-09-25
2018-09-24