2018-09-11 21:10:34   |   382 dəfə oxunub

İddia:"...Ermənistanda vətəndaş müharibəsi və ya dövlət çevrilişi olacaq"



"Ermənistanda baş verən hadisələri diqqətlə izləyirik, bu proseslərin Azərbaycana birbaşa təsiri var”.

Bunu "Sherg.az”a düşmən ölkədə getdikcə yayılan həbs dalğasının nəticələri haqqında danışarkən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib. 

O qeyd edib ki, Ermənistanın yeni baş nazirinin Rusiyanın, yoxsa Qərbin mövqeyini dəstəkləməsi sual altındadır:

"Nikol Paşinyan hər iki supergüclə "oynamağa” çalışır. Əvvəlki addımları Qərbə yönəlik olan baş nazir Rusiya prezidenti ilə görüşdə bildirdi ki, guya Azərbaycan rəsmi İrəvan və Moskva arasında münasibətlərin korlanmasını gözləyir. Onun fikrincə, rəsmi Bakı bu vəziyyətdən istifadə etmək niyyətində olsa da, Ermənistan münasibətlərin korlanmasına imkan verməyəcək.

N.Paşinyan qeyri-müəyyən xarici siyasəti ilə yanaşı ölkədə hakimiyyətini möhkəmlətmək üçün atdığı addımları ilə gündəmdədir. Baş nazirin rəqibləri keçmiş Ermənistan rəhbərləri, "Qarabağ klanı”nın üzvləridir. 

Həmin şəxslər Rusiya tərəfindən müdafiə edildiyinə görə, N.Paşinyan rəqiblərini asanlıqla sıradan çıxara bilmir. Ermənistandakı proseslər bu axarla gedərsə, işğalçı ölkədə vətəndaş müharibəsi və ya dövlət çevrilişi olacaq. Gərginlik səngiməyəcək,əksinə narahatlıq daha da artacaq”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilmiş görüşdə Ermənistanın ikinci prezidenti Robert Koçaryanın məsələsini müzakirə ediblər. Görüşdən sonra jurnalistlərin suallarını cavablandıran erməni baş nazir R. Koçaryanı həbs etmək niyyətindən daşınmayacağını bildirib:

"Ermənistanda cinayət işi konkret şəxslərə qarşı deyil, Cinayət Məcəlləsinin pozulması faktına görə açılır. Ermənistanın bütün vətəndaşları qanun qarşısında bərabərdir və əgər Cinayət Məcəlləsinin pozulması faktı varsa, cinayət işi açılır və açılacaq da"

Aysel Aslan








SON XƏBƏRLƏR

2018-09-26