2018-09-11 22:06:18   |   179 dəfə oxunub

Qardaşı öldürdü

"Bacımın pis yola düşəcəyini düşündüyüm üçün vurdum"


Türkiyənin Kırklareli diyarında bacısı Tuğba Y. (27) ilə birlikdə yaşayan Caner A.ı (34) tapança ilə öldürən Abdülvahap Y. ilk ifadəsində cinayətini etiraf edərək, "Bacımın pis yola düşəcəyini düşündüyüm üçün vurdum" deyib. Hadisənin təfəərüatı bəlli olub.
Caner A., Tuğba Y. ilə tanış olub, 2 il əvvəl birlikdə yaşamağa başlayıb. Əslən Malatyalı olan və İstanbulda yaşayan ata Abdülkadir Y. (53) və oğulu Abdülvahap Y. (30), əvvəlki gün Tuğbanı götürərək, İstanbula aparıb. Tuğba Y. isə 1 gün sonra yenidən Kırklarelinə dönərək, Caner A.ın evinə gedib. Bundan sonra ata- oğul Kırklarelinə gələrək, Tuğba Y.ı təkrar İstanbula aparmaq üçün razı salmağa çalışıb. Bu sırada Tuğba Y. ilə Abdülkadir Y. və Abdülvahap Y. arasında mübahisə yaranıb. Mübahisə böyüyüb, davaya çevrilib və Abdülvahap Y., tapançayla Tuğba Y. ilə Caner A.a atəş açıb. Hücumdan sonra ata- oğul, hadisə yerinə gəldikləri 34 AE 4449 nömrəli avtomobilə minərək, qaçıb. Polis qrupları Tuğba Y. və Caner A.ı ağır yaralı vəziyyətdə tapıb. Xəstəxanaya çatdırılan Y. ilə Caner A., bütün müdaxilələrə baxmayaraq qurtarıla bilməyib.
Abdülkadir Y. ilə oğulu Abdülvahap Y.ı tutulub. Sağlamlıq müayinəsindən keçirilən Abdülvahap Y.ın, təhlükəsizlik idarəsində ilk ifadəsində, "Bacımın pis yola düşəcəyini düşündüyüm üçün vurdum" dediyi öyrənilib. Ata- oğulun sorğulanması davam edir.







SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25