2018-09-11 23:32:04   |   161 dəfə oxunub

Daş bağlayıb batırdılar

8 uşaq atasını qatilləri axtarılır


Ankaranın Kahramankazan qəsəbəsində 2 həyat yoldaşı və 8 uşaq atası olan Suriyalı İbrahim Halaf Hüseynin (30) bıçaqla boğazı kəsilərək öldürülmüş cəsədi tapılıb.

İbrahim Halaf Hüseynin qatil şübhəliləri olduğu qarşıya qoyulan, bir evdə birlikdə yeməyə qatılan Suriyalı Ömər E. ilə Yaser A.ın tutulması üçün iş başladılıb.
Suriyadakı müharibədən qaçıb Türkiyəyə sığınan İbrahim Halaf Hüseyn, 2 arvadı və 8 uşağı ilə birlikdə, təxminən 2 ay əvvəl Ankaranın Kahramankazan qəsəbəsinə yerləşib. Qəsəbədə bir qida sənayesində çalışan İbrahim Halaf Hüseyn, axşam bir dostunun dəvəti ilə yeməyə getdiyini söyləyərək evdən ayrılıb. Ancaq o evə dönməyib. Ailəsi gecə axtarışa başlayıb, ancaq nəticə ala bilməyib. Dünən səhər ailəsi İbrahim Halaf Hüseynin cəsədini sudan tapıblar və polisə xəbər veriblər.
Polis qruplarının araşdırmasında İbrahim Halaf Hüseynin boğazı bıçaqla kəsilərək öldürüldüyü müəyyən olunub. Şübhəlilərin, cəsədi ortadan qaldırmaq üçün bədəninə daş bağladığı, daha sonra köynəyini təkrar üzərinə geydirərək suya atdığı müəyyən olunub. İbrahim Halaf Hüseynin cəsədi yarılmaq üçün Ankara Ədli Tibb Təşkilatına göndərilib. Hadisə ilə əlaqədar istintaqa başlayan polis qrupları, İbrahim Halaf Hüseyni axşam evdə yeməyə çağıran Suriyalı Məhəmməd E. və Əhməd A.ı nəzarətə alıb. Cinayətlə hər hansı bir əlaqələrinin olmadığını ifadə edən iki şübhəli məhkəmə tərəfindən sərbəst buraxılıb. İbrahim Halaf Hüseynin, yeməkdən sonra onun kimi qonaq olan Suriyalı Ömər E. və Yaser A. ilə görüşdüyünü, ardından da ortadan itdiyi təsbit edilib. Polis qrupları, haqqlarında nəzarət qərarı çıxarılan və hadisənin şübhəliləri olduğunu qarşıya qoyulan Ömər E. və Yaser A.ı tutmaq üçün iş başlayıb. İbrahim Halaf Hüseynin 2 həyat yoldaşı və 8 uşağı isə yenidən Suriyaya dönmək üçün yardım əli uzadılmasını istəyir.







SON XƏBƏRLƏR

2018-09-26