2018-09-11 23:42:40   |   187 dəfə oxunub

Trampın ətrafına güvəni qalmayıb - Oğlu etiraf edir

 

 "New York Times" qəzetində, "Tramp rəhbərliyi içindəki müqavimətin bir parçasıyam" başlıqlı adsız məqalədən sonra ABŞ prezidenti Donald Trampın ətrafına güvəninin azaldığı bildirilir.
Trampın oğulu Donald Trump Jr, ABC kanalına verdiyi açıqlamada imzasız yazının Ağ Ev içərisində güvən problemi yaratdığını ifadə edib.
"Atasının Ağ Evdə ən çox güvəndiyi adlar kimdir" sualına Trampun böyük oğulu, prezidentin ətrafına güvəninin azaldığını ifadə edərək, "Güvəndiyi adlar var, lakin çox azdır" deyib.

Trampın oğulu, Ağ Evdə bacısı İvanka Tramp və onun həyat yoldaşı Jared Kushnerin də vəzifə yerinə yetirdiyinə diqqət çəkərək, bu adların atasının güvənəcəyi adlar olduğuna vurğulayıb.
Donald Trump Jr, "Ətrafındakı hər kəsə güvənə bilsə işlərin həll edilməsi çox asan olardı. Bu utanılacaq bir vəziyyətdir" deyə danışıb.







SON XƏBƏRLƏR

2018-09-24