2018-09-12 11:31:59   |   160 dəfə oxunub

“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili” adlı tədbir... - Foto


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə " Şəmkir Qadın Resurs Mərkəzi” İctimai Birliyinin həyata keçirdiyi "Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili” adlı layihənin ilk təlimi 8 sentyabr tarixində Şəmkir rayon Düyərli kəndində keçirilib.

Qurumdan "Sherg.az"a verilən məlumata görə, Təlimdə "Şəmkir Qadın Resurs Mərkəzi” İctimai Birliyinin sədri Arzu Həsənova, Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Rəbiyə Ablıyeva, Şəmkir rayon Düyərli kənd icra nümayəndəsi Aybəniz Nəsibova və Beynəlxalq Uşaq Fondu UNİCEF-in dəstəyi ilə yaradılmış Şəmkir Hüquqi Xidmət Mərkəzinin hüquqşünası Raul İsmayılov iştirak ediblər.

Çıxışa başlayan Şəmkir Qadın Resurs Mərkəzinin sədri Arzu Həsənova əvvəlcə layihənin məqsəd və vəzifələri haqqında məlumat vermiş, daha sonra təlimdə iştirak edən qonaqlar layihənin faydalarından söz açıblar. Təlim iştirakçıları da layihənin məqsəd və vəzifələrini dəstəkləyiblər. Onun çox böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar. Həmçinin təlim iştirakçılarına layihənin mahiyyəti və ailə münaqişələri zamanı necə davranmaq haqqında tövsiyyələrdən ibarət bukletlər paylanılıb.
Qeyd edək ki, "Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili” adlı layihənin əsas məqsəd və vəzifələri aşağıdakılardan ibarətdir:

Layihə çərçivəsində müvafiq mütəxəssislər ailələrlə görüş keçirəcək, müxtəlif məsələlərə dəstək verməklə yanaşı öz tövsiyyələrini verəcəklər. Şəmkir rayonunda ailə münaqişələrinə son qoymağın və ya minimuma endirilməsi üçün maarifləndirmələr aparılacaq. Vacib hesab edilən münaqişəli ailələrdə görüşlər keçirən mütəxəssislərdən ibarət komanda təşkil ediləcək.

Ailədaxili qarşıdurmalarda göstərilən səbəblərin əslində bəhanə olduğunu elmi əsaslarla, sınaqdan çıxmış misallarla münaqişəli şəxslərə izah olunacaq. Layihənin vəzifəsi 4 ay müddətində təşkilatın üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməkdir. 

Şəmkir şəhərində və ailədaxili münaqişələrin daha çox baş verdiyi və sonda boşanmaların çoxaldığı 4 yaşayış massivində mütəmadi olaraq maarifləndirmələr həyata keçiriləcək. Əlavə olaraq cəmiyyət arasında xüsusi nüfuza malik mütəxəssislərdən ibarət qrup yaradaraq, müvafiq qrafik əsasında həmin ailələrlə görüşlər keçiriləcək.













SON XƏBƏRLƏR

2018-09-25