2018-09-12 11:46:49   |   133 dəfə oxunub

Azərbaycan çoxvektorlu xarici siyasət aparır

Dövlət başçısı İlham Əliyev xarici səfərlərlə Azərbaycanın mövqeyini möhkəmləndirir



Almaniya kansleri Angela Merkelin Azərbaycana gəlişi, daha sonra Prezident İlham Əliyevin Rusiya, Qırğızıstan və Xorvatiyaya səfərləri Azərbaycanın xarici siyasətinin dinamikliyindən xəbər verir. Xarici ölkələrlə əldə olunmuş nəticələr Azərbaycanın yüksək beynəlxalq nüfuza malik ölkə olduğunu, dünyada dövlətimizə hörmətlə yanaşıldığını, rəsmi Bakının rəyi ilə hesablaşıldığını əyani şəkildə təsdiq edir.

Prezidentin bütün səfərləri də balanslı və çoxistiqamətli xarakter daşıyır və Azərbaycanın milli maraqlarına, ölkə vətəndaşlarının mənafeyinə xidmət edir. Son iki ay ərzində dövlət başçısının həyata keçirdiyi intensiv səfərlərə, xarici ölkə rəhbərlərinin ölkəmizə olan səfərlərinə, görüşlərə baxmaq kifayətdir ki, Azərbaycanın uğurlu və çoxistiqamətli xarici siyasətinin mənzərəsini görmüş olaq. Əlbəttə ki, effektiv və fəal diplomatik addımların həyata keçirilməsi ilk növbədə dövlət başçısının liderlik keyfiyyətləri və şəxsi xüsusiyyətləri ilə əlaqədardır. Həmçinin, Prezidentin beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisidir. Bu baxımdan ölkəmiz beynəlxalq münasibətlərdə etibarlı və layiqli tərəfdaş kimi qəbul olunur. Bizlə tərəfdaşlıq etmək istəyən ölkələrin sayı isə gündən-günə artır.


Uğurlu xarici siyasətimiz barədə "Şərq"ə fikirlərini bölüşən Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov vurğulayıb ki, Prezidentin İlham Əliyevin bir sıra xarici ölkələrə səfər etməsi, mühüm sazişlərə imza atması, strateji tərəfdaşlıq münasibətləri qurması və müxtəlif qütblərlə əməkdaşlıq etməsi Azərbaycanın çoxvektorlu və balanslaşdırılmış xarici siyasətinin göstəricisidir: 

"Dövlət başçısı İlham Əliyev xarici səfərlərlə Azərbaycanın mövqeyini möhkəmləndirir. İmzaladığı bir sıra müqavilələrlə Azərbaycanı dünya birliyinə yaxınlaşdırır. Müxtəlif beynəlxalq strukturlar çərçivəsində ölkəmizin nüfuzunu artırır. Beləliklə, Azərbaycan dünya birliyinin ən nüfuzlu dövlətlərindən birinə çevrilir. 

Əslində bu, təbiidir. Azərbaycanda çoxsaylı irimiqyaslı layihələr həyata keçirilir və bu sayədə dünyanın müxtəlif aparıcı dövlətləri ilə münasibətlər qurulur. Bu, öz-özlüyündə mühüm məqamdır. Çünki biz bunu geosiyasi qarşıdurma fonunda həyata keçiririk. 

Rusiya-Qərb qarşıdurması fonunda buna nail ola biliriksə, deməli, çox düzgün istiqamət götürmüşük. Şübhəsiz ki, hər bir dövlətlə əməkdaşlığımız ilk növbədə milli maraqlarımıza söykənir".

İsmayıl







SON XƏBƏRLƏR

2018-09-26