2018-09-12 11:53:57   |   198 dəfə oxunub

“Paşinyanın bəyanatları cəfəngiyyatdır"

“Ermənistanın nə indi, nə də bundan sonra Azərbaycanla müharibə aparmağa gücü və hərbi qüdrəti var"



Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyadan verdiyi bəyanatlar bir daha göstərdi ki, düşmən ölkənin Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı hansısa mövqeyi yoxdur. Baş nazir Qarabağ münaqişəsi ətrafında cərəyan edən real proseslərdən tamamilə xəbərsizdir. Əslində Paşinyan Dağlıq Qarabağı Ermənistanın "tərkib hissəsi" saymaqla özünü ifşa etdi.

Onun səsləndirdiyi sərsəm bəyanatlar birbaşa həmsədrlər tərəfindən Dağlıq Qarabağla bağlı aparılan danışıqlara əksdir. Bütün bunlar təsdiqləyir ki, dava heç də erməni xalqının müqəddəratını tanıtmaq uğrunda deyil, açıq-aşkar işğalçılıq və ilhaq siyasətinin davamıdır. Paşinyanın münaqişənin tənzimlənməsi ilə bağlı ifadələri beynəlxalq hüquq normalarına ziddir. Savadsız Paşinyan sərsəm bəyanatları ilə müharibəni körükləyir. Ona görə də əksəriyyət düşünür ki, belə bir şəraitdə Ermənistanla danışıqlar prosesinin davam etdirilməsi mənasızdır.

Paşinyanın bir-birinə zidd açıqlamalarını "Şərq"ə dəyərləndirən politoloq Sədrəddin Soltan deyib ki, Nikol Paşinyanın Rusiyadakı çıxışları, Ermənistanda anti-Rusiya ovqatı yaratması şoudur. İrəvan özü də fərqindədir ki, Moskvanın himayəsi olmadan Ermənistan var ola bilməz:

 "Paşinyan və onun təmsil etdiyi siyasi qüvvə Rusiyanın planını pozduqları üçün yenidən münasibəti düzəltməyə çalışırlar. Başqa sözlə onlar özlərini Kremlə göstərmək və qəbul etdirmək istəyirlər. Paşinyanın təmsil etdiyi qüvvələr Qarabağdan olan erməniləri hakimiyyətdən uzaqlaşdırıb. Robert Koçaryana qarşı cinayət işi başlayıb. Paşinyan özünü Qarabağdakı Azərbaycan vətəndaşı olan ermənilərin gözündə də təsdiqləməyə səy göstərir. Sübut etmək istəyir ki, bütün ermənilərin baş naziridir və münaqişənin həlli ilə ciddi şəkildə məşğul olur. Əslində ATƏT-in Minsk Qrupunun üzvü, beynəlxalq vasitəçi rolunu oynayan Rusiyanın Paşinyana bu cür bəyanatlarla çıxış etməsinə imkan yaratması yaxşı hal sayılmır. Baş nazir özünü göstərmək istəyir ki, guya, münaqişənin həllinə yeni ideya ilə gəlib. Ancaq bu fikirlər əvvəllər də səslənib, lakin beynəlxlaq vasitəçilər və Azərbaycan tərəfindən qəbul edilməyib. Odur ki, Paşinyanın bəyanatları cəfəngiyyatdır".

Analitik bildirib ki, Ermənistanın nə indi, nə də bundan sonra Azərbaycanla müharibə aparmağa gücü və hərbi qüdrəti var: 

"Ermənistanın İran və Türkiyə ilə sərhədlərini Rusiya qoruyur. Kremlin hərbi dəstəyi olmasa, Ermənistan işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf rayonları çoxdan tərk etmişdi. Həmin cinayətdə birbaşa iştirak etmiş - Robert Koçaryan və Serj Sarkisyanın Ermənistanda prezident olması da Rusiyanın dəstəyi ilə olub. 2008-ci il martın 1-i hadisəsi buna örnək ola bilər. Firkimcə, Paşinyan bu bəyanatla Rusiyaya öz xidmətini təqdim edib".

İsmayıl







SON XƏBƏRLƏR

2018-09-26