2018-09-12 12:50:27   |   155 dəfə oxunub

Putin: “Skripalları zəhərləyənləri tapmışıq”


Rusiya prezidenti Vladimir Putin Skripalları zəhərləyənləri aşkarladıqlarını bəyan edib.

Modern.az Gazeta nəşrinə istinadən xəbər verir ki, Rusiya prezidenti burada kriminal heç bir şeyin olmadığını bildirərək hətta onlara çağırış da edib.

"Biz onları tapdıq. Ümid edirəm ki, onlar özləri üzə çıxıb və hər şeyi danışacaqlar. İnandırıram sizi orada elə kriminal bir şey yoxdur. Onlar bizi duysunlar deyə onlara müraciət etmək istəyirəm, qoy onlar hər hansı bir kütləvi informasiya vasitəsinə gəlsinlər” – Putin bildirib.

Qeyd edək ki, Britaniya polisi Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızını zəhərləyən iki rus vətəndaşını ittiham edib. Rusiya tərəfi əvvəl bu adların onlara bir şey demədiyini qeyd edib.






SON XƏBƏRLƏR

2018-11-22
2018-11-21