2018-09-12 13:16:57   |   146 dəfə oxunub

Beynəlxalq Enerji Agentliyi: Azərbaycanın təbii qaz istehsalı 3 dəfə artacaq



Qarşıdakı onilliklərdə Azərbaycan qlobal təbii qaz bazarında mühüm aktorlardan olacaq.

"Sherg.az"AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri sentyabrın 12-də Bakıda jurnalistlərə açıqlamasında Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.

"Hazırda Azərbaycanın təbii qaz hasilatı illik 18 milyard kubmetr civarındadır. Qarşıdakı 20 ildə Azərbaycanın təbii qaz istehsalının 3 dəfə artacağını proqnozlaşdırırıq", - deyə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru qeyd edib.







SON XƏBƏRLƏR

2018-09-25