2018-09-12 17:51:16   |   145 dəfə oxunub

"ATƏT Qarabağ münaqişəsində vasitəçilik rolunun gücləndirilməsi üçün hər cür səy göstərir"



 "ATƏT Qarabağ münaqişəsində vasitəçilik rolunun gücləndirilməsi üçün hər cür səy göstərir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə ATƏT-in baş katibi Tomas Qreminger deyib.

O xatırladıb ki, ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçidir: "Münaqişənin həlli ilə birbaşa Minsk qrupu məşğul olur. Bu məsələdə təşkilatın vasitəçi rolunu gücləndirməyə çalışırıq. Problemin həll olunması üçün bütün siyasi qüvvələrin səy göstərməsi lazımdır. Ümid edirəm ki, Minsk qrupu da bu məsələdə əlindən gələn hər şeyi edə biləcək".

Baş katib həmçinin qeyd edib ki, Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında növbəti görüşün sentyabrın son həftəsində Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçiriləcəyi planlaşdırılır.






SON XƏBƏRLƏR

2018-11-22
2018-11-21