2018-09-12 18:18:50   |   309 dəfə oxunub

"Neftin bahalaşması manatın sabitliyini möhkəmləndirir” - İZAH




"ABŞ sanksiyaları davam etdirəcəyi müddətdə neftin qiyməti artacaq”

Bunu "Sherg.az”a neftin qiymətinin 80 dolları keçməsindən danışarkən iqtisadçı-ekspert Azər Mehtiyev bildirib.

Onun sözlərinə görə, neftin qiymətinin bahalaşması siyasi amillərlə bağlıdır:

 "ABŞ İrana sanksiyalar tətbiq etdikdən sonra neftin qiymətində müəyyən artımlar oldu. Çünki sanksiyalara görə, İran dünya bazarına çıxardacağı neftin həcmini azaltmalıdır. Bu da bazarda neftə tələbat yaradıb, qiymətləri artırır. Bundan başqa "qara qızıl"ın qiymətinə ABŞ-ın Rusiyaya qarşı təzyiqləri də təsir göstərir. 

Gələcəkdə şimal qonşumuz neftin hasilatını azaltmalıdır. Bu kimi amillər bazarda neftin qiymətini artırır. Çünki ABŞ təsir göstərməklə dünya bazarlarında neftin həcmini azaldır. "Qara qızıl"ın həcmi az olduqda isə ona təlabat çox olur. Tələb də qiymətləri qaldırır. ABŞ bazarda neftin həcmini çoxaldıb, tələbi azaltmalıdır. Əks təqdirdə "qara qızıl"ın qiyməti yüksələcək. Bu prosesin nə qədər davam edəcəyini deyə bilmərəm. Ona görə ki, bunun arxasında siyasi faktorlar dayanır.

Azərbaycan neftinin bahalaşmasının iqtisadiyyatımıza təsirlərini dəyərləndirən A. Mehtiyev onu da bəyan edib ki, ölkə iqtisadiyyatının əsasını neft sahəsi təşkil edir:
"Neftin qiymətinin bu səviyyəsi Azərbaycan üçün sərfəlidir. Çünki ölkəmiz neftən aslıdır".

 
Qeyd edək ki, Brent markalı neftin qiyməti 80 dolları keçib. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,3 dollar və yaxud 1,65% artıb.Azeri LT CIF" markalı neftin qiyməti 80,29 dollar/barelə bərabər olub.

Kənan Eynuroğlu







SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18