2018-09-12 19:15:25   |   1339 dəfə oxunub

"Ermənistan münaqişənin sülh yolu ilə həllinə ümid yeri qoymur" - Polkovnik



"Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir irəliləyiş olmadığı ilə bağlı açıq mesajlar verir”.

Bu barədə "Sherg.az”a Rusiyanın Ermənistana 100 milyon dollar həcmində yeni hərbi kredit verəcəyi ilə bağlı fikirləri şərh edərkən ehtiyatda olan polkovnik Şair Ramaldanov söyləyib. 

Onun fikrincə, Ermənistan münaqişənin sülh yolu ilə həllinə ümid yeri qoymur:

"Artıq bizim üçün bir növ aksiomdur ki, biz torpaqlarımızı ancaq hərb yolu ilə qaytara bilərik. Ermənilər hansı tərəfdən özü üçün xeyir gəlirsə, mövqeyini o istiqamətə dəyişir. N.Paşinyan hakimiyyətə gəldikdən sonra Qərbə inteqrasiya prioritet kimi qəbul edildi. Lakin bu çıxışlardan sonra Rusiyaya səfər edir, ikitərəfli münasibətləri müzakirə edir. Rəsmi Moskva Ermənistanı forpostu kimi qəbul edir. Onun görüşdən sonra açıqlamaları göstərir ki, Rusiya vəziyyəti tarazlaşdırmaq üçün separatçı ölkəyə hansısa vədlər verib. Hərbi kreditlərin ayrılması da bu istiqamətdə aparılmış danışıqların nəticəsi ola bilər”.

Rusiyanın başqa çıxış yolu olmadığını diqqətə çatdıran Ş. Ramaldanovun fikrincə, Ermənistanı əlində saxlamağa çalışan rəsmi Moskva güzəştlər edir:

"Rusiyanın silah anbarları daim yenilənir, bura müasir silahlar daxil olur. Ona görə, Ermənistana satılan köhnə silahlar ruslar üçün böyük əhəmiyyət kəsb etmir.

Rusiya bilir ki, Azərbaycan hərbi üstünlüyü saxlamaq üçün bu dövlətə müraciət edib, silah almağa çalışacaq. Vəziyyətin bu cür dəyişməsi şimal qonşumuzun marağındadır. Hesab edirəm ki, silahlanma davam edəcək. Ölkəmiz isə yenə də öz qətiyyətini qorumalı, torpaqlarımızı güc yolu ilə azad etməyə cəhd göstərməlidir”.

Qeyd edək ki, Ermənistan müdafiə naziri David Tonoyan Rusiyadan yeni hərbi kredit alındığını elan edib. Yeni hərbi kreditin 100 milyon dollar həcmində olacağını vurğulayan nazir hansı silahların alınacağını hələlik açıqlamayıb”.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-25