2018-09-12 20:26:56   |   560 dəfə oxunub

Türkiyə mediası da "Nuru Paşa Odası”ndan yazdı - Foto+Video




Bu gün "Şərq” qəzeti redaksiyasında Bakının işğaldan azad olunmasının 100-cü il dönümünə ərmağan olunan "Nuru Paşa Odası” güşəsinin açılış mərasimi baş tutub. Tədbir Türkiyə mediasında da böyük maraqla qarşılanıb. Bu əlamətdar tarixi hadisəyə geniş yer verən qardaş ölkənin bir sıra tanınmış KİV-ləri mərasimi ətraflı şəkildə işıqdırıblar.

Belə ki, "TRT Avaz" kanalında "Azerbaycanda Bakü'yü yü kurtaran Osmanlı askerlerinin anısına sergi açıldı" başlığı altında süjet yayımlanıb. "Anadolu" Agnetliyi də tədbirlə bağlı maraqlı məqalə dərc edib.

Foto:



















Qeyd edək ki, bu gün "Şərq” qəzeti Bakının işğaldan azad olunması tarixinin 100 illiyini özünəməxsus şəkildə qeyd edib. Redaksiya nəzdində ötən il yaradılan Milli Mətbuat Tarixi Muzeyinə əlavə olunan daha bir otağın qapılarını ziyarətçilərin üzünə açıb. "Nuru Paşa Odası” adlanan bu şöbənin açılışında Türkiyənin ölkəmizdəki səfiri hörmətli Erkan Özoral, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, millət vəkili Qənirə Paşayeva, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

"Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı qonaqlara muzeylə bağlı məlumat verərək bildirib ki, yeni otaqdakı dəyərli eksponatlar və tarixi materiallar məhz Bakının xilaskarı – Nuru Paşanın və onun rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun tarixi ilə bağlıdır.

Baş redaktor tədbir iştirakçılarına Qafqaz İslam Ordusunun yaradılmasını zəruri edən tarixi amillər, ordunun yaranması, Azərbaycana gəlişi, komandan Nuru Paşa, gərgin dövrdə Qafqaz İslam Ordusunun yaradılmasında əməyi keçən böyük şəxsiyyətlər barədə ətraflı məlumatlar verib. Ziyarətçilərə, Nuru Paşa və digər tarixi şəxsiyyətlər haqqında zəngin materiallar, həmçinin 1918-ci ilin sentyabrından sona çap olunan milli mətbuat nümunələri, qəzet və arxiv materialları, qardaş Türkiyədə çap edilən dərgilər barədə geniş məlumat verilib. Səfir Erkan Özoral və millət vəkilləri görülən işi çox yüksək qiymətləndirdilər və "Nuru Paşa Odası” adlanan şöbənin 15 sentyabr gününə dəyərli töhfə olduğunu vurğuladılar.

Məlumat üçün bildirək ki, ötən il "Şərq” qəzeti redaksiyasında Milli Mətbuat Tarixi Muzeyi fəaliyyət göstərməyə başlayıb. Muzeyin yaradılması həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə ərməğan edilib. Çünki muzeydə milli mətbuatımızın təşəkkül dövrü, istiqlal mücadiləsini siyasi müstəvi ilə yanaşı, eyni zamanda mətbuat səhifələrində də aparan məfkurə, insanlarımızın mübarizəsini əks etdirən materiallar, eksponatlar sərgilənir.

Video:







SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18