2018-09-12 21:16:26   |   388 dəfə oxunub

Deputat:" Prezident baş katiblə görüşündə vurğuladı ki... "




"ATƏT-in baş katibinin Azərbaycana səfəri çərçivəsində həm Azərbaycan-ATƏT münasibətləri, həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində saxlanılıb”.

Bunu "Sherg.az”a Azərbaycan Prezidenti İlham Əliyev və ATƏT-in baş katibi Tomas Qreminger arasında keçirilən görüşü analiz edərkən siyasi elmlər doktoru, millət vəkili Elman Nəsirov söyləyib. O diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi tərəflər arasında başlıca məsələ kimi müzakirə edilib:

"Artıq 26 ildir, münaqişənin tənzimlənməsi prosesini ATƏT-in Minsk qrupu yerinə yetirir. Halbuki heç bir nəticə əldə edilməyib. Minsk qrupu adından göründüyü kimi ATƏT-in üzərində qurulmuş qurumdur və münaqişənin tənzimlənməsi bu təşkilatın üzərinə düşən əsas məsələlərdən biridir.

Ölkə başçısı baş katiblə görüşündə vurğuladı ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyanvəzifəyə seçildiyi ilk gündən münaqişənin həllinə xidmət etməyən bəyanatlar səsləndirir. Prezidentin sözlərinə görə, N.Paşinyanın iddia etdiyi kimi qondarma rejimin danışıqlarda iştirakı heç bir halda qəbul edilə bilməz. Bu məsələdə Azərbaycanın mövqeyi qətiyyətlidir.

N.Paşinyan yalnız Dağlıq Qarabağı deyil, ətraf rayonları da qondarma Dağlıq Qarabağ Respublikasının tərkib hissəsi kimi təqdim edir. Bu, yanaşma düzgün deyil. Baş nazir bu formada bəyanatlar səsləndirməklə danışıqlar prosesini pozmağa çalışır. Prezident İlham Əliyev baş katibin diqqətinə çatdırdı ki, qurum bu vəziyyətə reaksiya verməli, mövqe ortaya qoymalıdır.

Ölkə başçısı Ermənistandakı vəziyyətə də diqqət çəkərək bu ölkədə demokratiya pərdəsi altında vətəndaş hüquqlarının pozulduğunu bildirib. Ermənistan siyasi rəhbərliyi öz rəqiblərinə qarşı təhdidlə dili ilə danışır, həbslər həyata keçirir. Faktiki proseslər bugünkü Ermənistanın reallıqlarıdır. Artıq bu reallıqları Ermənistan cəmiyyəti də etiraf edir”.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-22
2018-09-21