2018-09-13 16:16:54   |   98 dəfə oxunub

İlham Əliyev İsrailin müdafiə nazirini qəbul etdi - YENİLƏNİB


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Sherg.az" xəbər verir ki, bu haqda Prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Azərbaycan ilə İsrail arasında iqtisadi, hərbi, mədəniyyət, turizm sahələrində əlaqələrin inkişafından məmnunluq bildirildi, Aviqdor Libermanın ölkəmizə səfərinin əməkdaşlıq işinə öz töhfəsini verəcəyinə ümidvarlıq ifadə olundu.

Söhbət zamanı Azərbaycanda digər icmalarla yanaşı, yəhudi icmasının nümayəndələrinin də dinclik və əmin-amanlıq şəraitində yaşamaları üçün hər cür şəraitin yaradıldığı qeyd olundu, onların ölkəmizin ictimai həyatında fəal rol oynadıqları bildirildi.







SON XƏBƏRLƏR

2018-09-26