2018-09-13 16:36:11   |   963 dəfə oxunub

"Gələcək nəsillər Bakının fatehini tanımalıdır”- Şanlı tarixi unutmayaq !



"15 sentyabr Bakının tarixində çox önəmli gündür”.

Bunu "Sherg.az”a açıqlamasında tarixçi Elmar Həsənli deyib. Bakının bolşevik-daşnak quldurlarından azad edilməsinin 100 illiyi ilə bağlı danışan E.Həsənli bildirib ki, 15 sentyabr tarixi sözün tam mənasında Bakının qurtuluş günüdür:

"1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyətinin elan olunmasından sonra Bakı şəhərinin azad olunması Cümhuriyyət tarixində ikinci mühüm hadisədir. Bu günü xüsusilə qeyd etmək lazımdır. Özü də gözləməməliyik ki, hər il sentyabrın 15 gəlsin, sonra bu günü qeyd edək.

Hər gün bu mövzudan danışılmalıyıq, filmlər çəkməliyik, dərsliklərdə təbliğ etməliyik. Ən əsas isə Bakının qurtuluşunun qəhrəmanı Nuru Paşaya xüsusi abidə qoyulmalıdır. Gələcək nəsillər Bakının fatehini tanımalı, türkün bu şanlı tarixini unutmamalıdırlar”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-11-21