2018-09-13 17:01:48   |   161 dəfə oxunub

Məmmədyarov - Mnatsakanyan görüşü nə vəd edir ? - ŞƏRH



"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşündən hər hansı bir nəticə gözləmək düzgün deyil”

Bunu "Sherg.az”a politoloq İlqar Vəlizadə bildirib.

Ekspert hesab edir ki, danışıqlar prosesi bir siyasi addımdır:

"Əlbəttə, bu, digər iştirakçılar tərəfindən birmənalı qarşılanmayacaq. Orada Minsk qurupu da iştirak edir ki, bu təşkilat da danışıqların siyasi fonunu təşkil edir. Danışıqların dayandırılması siyasi fonu zəiflədir. 

Amma bu danışıqların kimin tərəfindən dayandırılacağı maraq doğurur. Azərbaycan danışıqlar prosesini dayandırmaq istəmir. 

Ölkəmiz danışıqlarda iştirak etməklə yanaşı müzakirələrin məhsuldarlığını da artırmağa çalışır. Məncə, proses dayandırılmayacaq. Digər yandan Ermənistan danışıqlar masasına oturmaqdan qaçmağa çalışır. Çünki hər dəfə fakt qarşısında qalırlar və buna adekvat cavabları olmur. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir".

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov Zoqrab Mnatsakanyanın növbəti görüşü sentyabrın 4-cü həftəsində Nyu Yorkda baş tuta bilər. Məlumata görə, bunu ATƏT-in baş katibi Tomas Qreminger Bakıda jurnalistlərə açıqlamasında deyib.O qeyd edib ki, iki ölkənin xarici işlər nazirlərinin görüşü planlaşdırılır.

Kənan Eynuroğlu







SON XƏBƏRLƏR

2018-09-24