2018-09-13 17:12:06   |   121 dəfə oxunub

Rusiyalı nazir: "Neftin qiyməti real dəyərindən 5-6 dollar çoxdur"



 "Qlobal ticarət müharibələri və ABŞ-ın İrana qarşı sanksiyaları dünya bazarında neftin 1 barelinin qiymətini real dəyərindən 5-6 dollar artıq səviyyədə saxlayır".

"Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin energetika naziri Aleksandr Novak deyib.

"Neftin qiyməti real dəyərindən 5-6 dollar çoxdur. Bu isə təkcə tələb-təklif balansı ilə bağlı deyil", - deyə o qeyd edib.

Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) bu il Rusiyada neft hasilatının gündəlik həcminin orta hesabla 11,15 mln. barrel təşkil edəcəyini proqnozlaşadırır. Təşkilatın hesabatına əsasən, sözügedən göstərici bu ilin III rübündə 11,3 mln. barrel, IV rübündə isə 10,98 mln. barrel təşkil edəcək.






SON XƏBƏRLƏR

2018-11-20