2018-09-13 17:20:36   |   226 dəfə oxunub

"Paşinyan bu bəyanatlarla danışıqlar prosesini məhv etməyə çalışır" - Analitik




"Ermənistan baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevlə qarşı-qarşıya gəlməmək üçün başqa yollara əl atır".

Bunu "Sherg.az"a analitik Ehtiram Aşırlı bildirib. 

Onun sözlərinə görə, boş-boş bəyanatlar verməklə kifayətlənməyən N.Paşinyan, münaqişənin indiyədək həllini tapmamasında növbəti dəfə Azərbaycanı günahlandırıb:


"Bununla belə, işğalçı ölkə rəhbəri Ermənistanı demokratik ölkə imicində göstərmək üçün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesini davam etdirməyə hazır olduqlarını bildirib.

Bundan əlavə, Ermənistan Mİlli Məclisinin vitse-spikeri Eduard Şarmazanov danışıqlarda irəliləyişlərin ola bilməməsi səbəbini Erməni tərəfi və ya Nikol Paşinyanda deyil, Azərbaycan və İlham Əliyevin dağıdıcı siyasətinin nəticəsində gördüyünü vurğulayıb.

İndi E.Şarmazanova sual vermək lazımdır ki, danışıqlarda irəliləyişlərin əldə olunmamasına səbəb Ermənistan və N. Paşinyan tərəfi deyil, bəs kimdir? Bir ölkənin ki, baş naziri danışıqların aparılmasında özünü məsuliyyətli şəxs kimi görmür, deməli, o şəxs öz hakimiyyətinin legitimliyinə şübhə ilə yanaşır. Görünür, həm də cənab Prezident İlham Əliyevlə bir masa arxasında əyləşib diplomatik danışıqlar aparmaq bacarığını özündə görmür.

Bu da N.Paşinyanın siyasi səriştəsizliyindən xəbər verir. Bir sözlə, öz siyasi bacarığına və Qarabağ məsələsinin həll edə biləcəyinə inanmayan N.Paşinyan beynalxalq siyasi arenada həyata keçirdiyi uğurlu xarici siyasəti ilə tanınan cənab Prezident İlham Əliyevlə qarşı-qarşıya gəlməmək üçün başqa yollara əl atır. İşğalçı ölkənin baş naziri bu cür axmaq bəyanatlarla çıxış edərək danışıqlar prosesini məhv etməyə çalışır.

Son olaraq onu qeyd edim ki, E.Şarmazanov və N.Paşinyan bir şey unudur ki, İşğal faktına görə, beynəlxalq hüquqi məsuliyyət münaqişə tərəfi kimi Ermənistanı təsbit edib.

BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əsasən, Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmayana qədər Ermənistan bu məsuliyyətdən qaça bilməz.
Bu da onu göstərir ki, N.Paşinyanın Ermənistanı danışıqlar tərəfi olaraq görməməsi ilə bağlı bəyanatları heç bir əhəmiyyət kəsb etmir".

Kənan Eynuroğlu 












SON XƏBƏRLƏR

2018-11-21