2018-09-13 18:04:51   |   88 dəfə oxunub

Orfoqrafiya Komissiyasıdan bir sıra sözlərin yazılışının dəyişdirilməsi barədə qərar...



 Orfoqrafiya Komissiyasının bugünkü iclasında qəbul olunan qərara əsasən, bir sıra sözlərin yazılışı dəyişdiriləcək.

"Report" xəbər verir ki, mənbə dildə sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılacaq: hüsnxət, kilovat, rəsmxət və s.

Mənbə dildə bəzi təkhecalı və çoxhecalı sözlərin sonunda işlənən qoşa ss samitindən yalnız biri yazılacaq: ekspress – ekspres, konqress-konqres, stress – stres və s.

Roma rəqəmlərindən sonra şəkilçi yazılmaması məsələsi isə bundan sonra həm də qanunvericiliklə tənzimlənəcək: beşinci – V, onuncu – X və s.

Qeyd edək ki, layihə Nazirlər Kabinetinin müvafiq qərarından sonra təsdiqlənəcək.






SON XƏBƏRLƏR

2018-09-25
2018-09-24