2018-09-13 18:10:16   |   143 dəfə oxunub

Orfoqrafiya lüğətində qoşa "y" samitinin birinin düşməsi ilə bağlı təklif qəbul olunmayıb



"Orfoqrafiya lüğəti layihəsinin müzakirəsi zamanı qoşa "y" samitinin birinin düşməsi ilə bağlı maddənin əleyhinə 137, lehinə 52 səs verilib".

"Report"un müxbiri xəbər verir ki, bunu Orfoqrafiya Komissiyasının bugünkü iclasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, cəmiyyət və ziyalılar bu maddənin müzakirəsi zamanı iki cəbhəyə bölünüb: "Bizim üçün əsas birlik və həmrəylikdir. Orfoqrafiya komissiyasının İşçi qrupu müzakirə prosesində çox diqqətli olmağa çalışıb. Statistik məlumat son dərəcə obyektivdir. Orfoqrafiya lüğətinin müzakirəsi azad və sərbəst şəkildə aparıldı. İctimaiyyət öz fikrini bölüşdü. Son qərar ictimai rəyə əsaslanacaq".

O qeyd edib ki, 31-ci maddənin lehinə 68, əleyhinə 14 səs, 33-cü maddənin lehinə 77, əleyhinə 8 səs, 40-cı maddənin lehinə 17, əleyhinə 2 səs verilib. 67-ci maddənin lehinə 16, əleyhinə 111 səs verilib.

İclas davam edir.






SON XƏBƏRLƏR

2018-09-24