2018-09-13 18:20:58   |   221 dəfə oxunub

"ATƏT münaqişənin həllini istəyirsə, Ermənistanla danışıqlar aparmalıdır” - Politoloq




"Azərbaycan qondarma Dağlıq Qarabağın münaqişənin tənzimlənməsi məsələlərində üçüncü tərəf olmayacağını daim beynəlxalq təşkilatların diqqətinə çatdırır”.

Bunu "Sherg.az”a Azərbaycan Prezidenti İlham Əliyev və ATƏT-in baş katibi Tomas Qreminger arasında keçirilən görüşü analiz edərkən politoloq Tofiq Abbasov söyləyib. 

Onun sözlərinə görə, Ermənistanın yarıtmaz siyasətinin nəticələri münaqişə ətrafında dumanlı vəziyyət yaradır:

"Münaqişənin həllinə ehtiyac duyulursa, ilk olaraq, problemin etimologiyasını araşdırmaq lazımdır. Bu, erməni dövlətinin təcavüzkar siyasətindən qaynaqlanan münaqişədir. Ermənistan respublikası Sovet dövründən başlayaraq, gözünü Azərbaycan torpaqlarına dikib, onları zorla özünə bağlamaq siyasəti yürüdür. Bu isə reallaşa biləcək məsələ deyil. Bizim onlara verə biləcəyimiz torpağımız yoxdur.

Hazırda BMT-nin 4 qətnaməsi qüvvədə qalır. Burada göstərilir ki, Azərbaycan Ermənistana torpaq güzəştə gedə bilməz. Münaqişənin region üçün qaynar nöqtə olduğunu nəzərə alsaq, ATƏT-in baş katibinin ölkəmizə səfəri vacib addım idi. Bir neçə gün sonra BMT Baş Assambleyası işə başlayır. Dağlıq Qarabağ münaqişəsi vacib məsələ kimi gündəlikdə öz əksini tapacaq. Həmçinin yaxın zamanda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. Beynəlxalq təşkilatlar daha çox diqqəti Ermənistana yönəldib, onların problemin həlli istiqamətində hazırlamalıdırlar. Hesab edirəm ki, Ermənistan münaqişənin tənzimlənməsi istiqamətində danışıqlara razılıq verməsə, yeni müharibə qarşısıalınmaz hala çevrilir.

Prezident İlham Əliyev baş katibin diqqətinə çatdırdı ki, ATƏT problemin həll edilməsini istəyirsə, Ermənistanla danışıqlar aparmalıdır”.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-26