2018-09-13 21:18:47   |   153 dəfə oxunub

ABŞ Azərbaycandan Avropaya qaz kəməri layihəsini dəstəkləyir



ABŞ Azərbaycana aid Şahdəniz yatağından Avropaya təbii qazı nəqledıcı boru kəməri layihəsini dəstəkləyir.

"Report”un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın energetika naziri Rik Perri keçirdiyi brifinqdə bildirib.

"Biz rəqabət tərəfdarıyıq. Odur ki, Azərbaycan təbii qazının Xəzər regionundan Avropaya nəqli üçün başqa bir boru kəmərinə də dəstək verdiyimizi təsdiqləmək istəyirəm”, – deyə Perri bildirib.

ABŞ rəsmisi Rusiyanın həyata keçirdiyi "Şimal axını-2” layihəsinə avropalıların alternativ görmək istədiklərini qeyd edib.

"Bu barədə çox söhbətlər eşitmişəm" - deyə o əlavə edib.






SON XƏBƏRLƏR

2018-11-21