2018-09-14 10:46:17   |   109 dəfə oxunub

Məleykə Abbaszadə vətəndaşları qəbul edəcək



 Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə İmişli rayonunda vətəndaşları qəbul edəcək.

DİM-dən "Sherg.az”a verilən məlumata görə, qəbulda İmişli, Füzuli, Beyləqan, Zərdab, Bərdə, Tərtər, Ağcabədi, Ağdam rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul sentyabr ayının 21-də, saat 11:00-da İmişli rayon H.Əliyev Mərkəzində (ünvan: İmişli rayonu, 20 Yanvar küçəsi, 2) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya DİM-in Şirvan Regional Bölməsinə müraciət etmələri xahiş olunur.

Bundan əlavə, 14-20 sentyabr 2018-ci il tarixlərində (şənbə, bazar günləri istisna olmaqla) yuxarıda qeyd olunan rayonların Təhsil Şöbələrində saat 10:00-dan 17:00-dək qəbula yazılmaq üçün qeydiyyat aparılacaq.






SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17