2018-09-14 11:45:59   |   204 dəfə oxunub

Tanınmış vəkilə Gömrük Komitəsində yüksək vəzifə verildi



Dövlət Gömrük Komitəsinin İstintaq və Təhqiqat İdarəsinin istintaq şöbəsinə yeni rəis təyin olunub.

Modern.az xəbər verir ki, komitə sədri Səfər Mehdiyevin 12 sentyabr tarixli əmri ilə bu vəzifəyə vəkil Ceyhun Yusifov gətirilib.
Qeyd edək ki, C.Yusifov yeni təyinatla əlaqədar Vəkillər Kollegiyasının üzvlüyündən çıxıb.

Ceyhun Salman oğlu Yusifov 1980-ci ildə doğulub. 1997-2002-ci illərdə Naxçıvan Dövlət Universitetində təhsil alıb.
2004-2005-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində mütəxəssis, 2005-2009-da Nəqliyyat Nazirliyiində hüquqşünaş işləyib. 2009-cu ildən bəri vəkil kimi fəaliyyət göstərirdi.






SON XƏBƏRLƏR

2018-11-21