2018-09-14 11:49:56   |   205 dəfə oxunub

Erməni nazir Paşinyanın uğursuz bəyanatına düzəliş edir

Mnatsakanyanın Məmmədyarovla görüşmək istəməsinin arxasında məhz bu məqamlar dayanıb



Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün yaxın vaxtlarda baş tutacağını deyib: "Azərbaycan xarici işlər naziri ilə görüşümə gəlincə, mən bu məsələdə razılaşdırılmış bəyanatlar vermək istəyirəm. Görüş tezliklə reallaşacaq".

ATƏT-in baş katibi Tomas Qreminger də iki ölkənin xarici işlər nazirlərinin görüşünün planlaşdırıldığını deyib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü sentyabrın 4-cü həftəsində Nyu-Yorkda baş tutacaq.

Ermənistan baş nazirinin səriştəsiz adam olduğunu vurğulayan politoloq Qabil Hüseynlinin sözlərinə görə, onlar eyni zamanda diplomatik etiketləri də bilmir: 

"Hətta deyərdim ki, Ermənistanın idarəçilik tarixində onun qədər geridəqalmış zehniyyət sahibi olmayıb. Onun Dağlıq Qarabağla bağlı son bəyanatları açıq-aşkar müharibə və qarşıdurma çağırışı idi. Beynəlxalq normaları ayaqlar altına atan bu şəxs nəinki Dağlıq Qarabağ, hətta onun hüquqlarından kənardakı Azərbaycan torpaqlarının da Ermənistana birləşdirilməsi haqqında absurd bəyanatlar verib. Onun bu açıqlaması Rusiya da daxil bütün dünyada ciddi ikrah doğurdu. Şəxsən Paşinyanın özü və intellektual səviyyəsi ilə bağlı ciddi etirazlar doğurdu. 

XİN başçısı da Paşinyanın bu uğursuz bəyanatını korrektə etmək və dünya ictimai rəyində yaranan anlaşılmazlıqları aradan qaldırmağa çalışır. Nazirin Məmmədyarovla görüşmək istəməsinin arxasında məhz bu məqamlar dayanıb".

Politoloqun sözlərinə görə, Mnatsakanyan XİN başçılarının görüşü çərçivəsində razılaşdırılmış bəyanata nail olmaq istəyirsə, öz açıqlamalarında və hazırladığı protokol mətnində Paşinyanın sərsəm fikirlərini tənqid etməli və o açıqlamaların Ermənistan dövlətinin maraqlarına uyğun olmadığını qeyd etməlidir.

Şəymən








SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25