2018-09-14 16:42:43   |   121 dəfə oxunub

«Qan tökməyək, qan verək, həyat qurtaraq» şüarı...



«Qan tökməyək, qan verək, həyat qurtaraq» şüarı sağlam düşüncə sahibi hər bir Azərbaycan vətəndaşının artıq həyat prinsipinə çevrilməkdədir.

Bu prinsip xüsusilə də Məhərrəm ayında və Aşura günü özünü daha qabarıq göstərir. Artıq neçə ildir ki, Qafqaz Müsəlmanları İdarəsi Aşura günündə qanvermə aksiyaları təşkil edir və toplanan qan ehtiyatları ehtiyacı olan həmvətənləmizin sağlamlığı naminə istifadə edilir. Ölkəmizdə artıq qanvermə aksiyası ənənəsi formalaşıb.

Bu il də hicri-qəməri təqvimilə Məhərrəm ayının 10-nu - Aşura günündə (miladi təqvimlə sentyabrın 20-si) Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçiriləcək.

Qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar da artıq bəllidir və bu barədə QMİ məlumat yayıb. Məlumatın yayılmasında məqsəd könüllü qanvermə aksiyasında iştirak etmək istəyənlərin hansı ünvana üz tutacaqlarını əvvəlcədən bilmələridir.

Bakı şəhəri üzrə:

- Binəqədi rayonu "İmam Əli məscidi”,
- Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və "Mir Mövsüm ağa Ziyarətgahı”,
- Nəsimi rayonu "Əjdər bəy məscidi” (mərasim zalı) və 20 saylı şəhər poliklinikası,
- Nizami rayonu "Şah Abbas məscidi” ,
- Sabunçu rayonu "Rəhimə xanım ziyarətgahı”,
- Səbail rayonu "Bibiheybət məscid ziyarətgahı” və "İçəri şəhər Cümə məscidi”,
- Suraxanı rayonu "Qaracuxur məscidi”,
- Yasamal rayonu "Təzə pir məscidi” və "Hacı Soltanəli məscidi”.

Əvvəlki illərdən fərqli olaraq regionlarda da analoji aksiyaların təşkili nəzərdə tutulub. Aksiyalar demək olar, əkmər bölgələri əhatə edəcək. Gəncə şəhəri "İmamzadə kompleksi”, Lənkəran şəhəri "Böyük bazar məscidi”, Mingəçevir şəhəri "Heydər məscidi”, Sumqayıt şəhər "Cümə məscidi”, Şəki şəhəri "İmam Əli məscidi”, Mərkəzi Qan bankının Şirvan bölməsi, Ağcabədi Mərkəzi Rayon Xəstəxanası, Beyləqan Mərkəzi Rayon Xəstəxanası, Bərdə rayonu "Bərdə İmamzadəsi”,
Biləsuvar rayonu "Cümə məscidi”nin mərasim zalı, Cəlilabad Mərkəzi Rayon Xəstəxanası, Xaçmaz şəhər məscidi, Ağsu Rayon Mərkəzi Xəstəxanası, Qan bankının Quba bölgəsi, Masallı şəhər Cümə məscidi qanvermə aksiyalarının ünvanı olaraq seçilib.

Aksiyalar sentyabrın 20-si səhər saat 9-dan etibarən başlayacaq.

Məlahət







SON XƏBƏRLƏR

2018-09-25
2018-09-24