2018-09-14 16:50:39   |   481 dəfə oxunub

“Bakı azad edilməsə, ana-bacılarımızın namusu tapdalanacaqdı" - Tarixçi



"Bakı azad edilməsəydi, Azərbaycan Xalq Cümhuriyyətinin taleyi sual altında qalacaq, müstəqillik yalnız kağız üzərində olacaqdı”.

Bunu "Sherg.az”a açıqlamasında tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov deyib. Tarixçi bəyan edib ki, 1918-ci ilin avqust-sentyabr ayları Azərbaycan Xalq Cümhuriyyətinin həyatında ən ağır sınaq dövrü kimi qiymətləndirilməlidir. Sentrokaspi dikdaturasının biyabırçı məğlubiyyəti və ingilislərin Azərbyacanı tərk etməsi Bakının işğaldan azad edilməsi üçün əlverişli imkanlar yaratmışdı: 

"Bir-birinin ardınca Osmanlı dövlətinə göndərilmiş nümayəndə heyətlərinin əsas istəyi Bakının bolşevik-daşnak qüvvələrindən xilas edilməsi idi. Osmanlı dövlətinin Turançı siyasətinin açar nöqtəsi birbaşa Bakı ilə bağlı olduğundan Ənvər paşa belə bir qənaətə gəlmişdi ki, türklər Bakını azad etməklə türk dünyasına yol açmış olacaqlar.

 Rusiya əsarətindən qurtulmaq istəyən Şimali Qafqaz, Kazan və Türküstan türklərinin liderləri də Bakının tezliklə türk birlikləri tərəfindən tutulmasını arzulayırdılar. Hətta Kazan türklərinin "Milli İdarə” rəisi Sadri Maksudi bəy 1918-ci il mayın 10-da Osmanlı dövlətinin Moskvadakı səfiri Qalib Kamal bəylə görüşərkən Türküstanın birinci qapısı olan Bakının tezliklə azad edilməsinin əhəmiyyətindən danışmışdı. Q.Kamal bəy də bunu dərhal İstanbula bildirmişdi”.

Tarixçi-alimin sözlərinə görə, sentyabrın 10-da Bakının azad edilməsi istiqamətində rəhbərliyi bilavasitə üzərinə götürən Nuru paşa sentyabrın 13-də həlledici hücum üçün döyüş əmrini imzaladı. Sentyabrın 13-dən 14-nə keçən gecə saat 4-də Bakını azad etmək üçün son həlledici hücum başlandı: 

"Sentyabrın 15-də isə Bakı azad edildi. Əgər Bakı azad edilməsəyədi, Azərbaycan xanlıqlar dövründə çar Rusiyasına necə dağınıq halda qatılmışdısa, o şəkildə Rusiyanın muxtariyyətlərindən birinə çevriləcəkdi. Bakının qurtuluşu Turanın yaradılması yönündə ilk addım kimi hər kəsdə sevinc yaratdı. Paytaxtımızın azad edilməsi hələ avqustun 10-da Osmanlı hökumətinin bakılılara göndərdiyi məktubda açıq-aşkar öz əksini tapmışdı: - "Bakı azad edilməsə, onun sərvətləri xaricilər tərəfindən talanacaq, ana-bacılarımızın namusu ingilis-ruslar tərəfindən tapdalanacaqdı. Bu rəzaləti yaşamamaq və bizim qələbə çalacağımızla bağlı açılacaq şənlik süfrələrində türk əsgərinin şərəfinə deyiləcək şanlı kəlamları eşitmək istəyirsinizsə bizimlə əlbir olub Bakını azad edək....”

İsmayıl







SON XƏBƏRLƏR

2018-09-26