2018-09-20 17:12:16   |   815 dəfə oxunub

"Paşinyan hər cəhddə daha bir pillə geriləyir, nüfuzunu itirir" - Polkovnik


"Paşinyanın bütün bəyanatları onun siyasi və mənəvi-psixoloji durumu haqqında kifayət qədər dolğun təəssürat formalaşdırır. Hakimiyyətə gəldiyi ilk gündən biz onu şizofreniya xəstəliyindən əziyyət çəkən çox az sayda dövlət rəhbərləri sırasında görürük”.

Bunu "Sherg.az”a açıqlamasında hərbi məsələlər üzrə ekspert, polkovnik-leytenant İbrahim Rüstəmli deyib. Ekspert bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyanın istər daxili, istərsə də xarici siyasəti ilə bağlı səsləndirdiyi utopik fikirləri, az qala hər gün bir-birini inkar edən bəyanatları, bu adamın affekt vəziyyətində olması haqqında düşünmək üçün ciddi ipucu verir:

"Bir siyasətçinin davamlı şəkildə yüksək tonla, az qala bağıra-bağıra danışması, siyasi karyerasında hansısa ciddi bir uğura imza atan dövlət adamını xatırlatmır. Əksinə, hardasa təklənmiş, küncə sıxışdırılmış birisinin özünümüdafiə cəhdlərini yada salır.

Xüsusilə Qarabağ problemindən söz düşəndə Paşinyan daha çox qıcıqlanır, özündən çıxır, daha böyük görünməyə çalışır. Siyasi kursu ilə bağlı tərəddüdlərini, səhvlərini köməkçi vasitələrlə ört-basdır etməyə, gizlətməyə səy göstərir. Hər cəhddə daha bir pillə geriləyir, nüfuzunu itirir. İndi Paşinyan nəinki Cənubi Qafqazda, ümumiyyətlə, beynəlxalq aləmdə başqalarının görmək istədiyi bir siyasətçi kimi tanınmır. Bütün bunların arxasında, heç şübhəsiz, həm də Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin artan dinamika ilə müşaiyət olunan siyasi iradəsi və xalqımız dayanır”.

İ.Rüstəmlinin sözlərinə görə, ümumiyyətlə, Paşinyanın hakimiyyətlə bağlı təsəvvürləri kifayət qədər qüsurlu və yanılışdır:

"O hər şeyin belə mürəkkəb və çətin olacağını düşünmürdü. İndi İrəvanda hamı yaxşı başa düşür ki, vaxt heç də erməni xalqının xeyrinə işləmir. Bu il ərzində Silahlı Qüvvələrimizin iştirakı ilə keçirilən iki möhtəşəm hərbi parad, ordumuzun arsenalına daxil edilən ən müasir silahlar, kadr potensialımızın artan dinamikası və nəhayət, Azərbaycan xalqının monolit birliyi düşmən cəbhəsində ciddi narahatlıq yaradıb. Bu narahatlıq dövlətimizin milli maraqlarımızla bağlı həyata keçirdiyi siyasi kursunda nəzərə çarpan ciddi irəliləyişlərlə bağlıdır. Məsələn, son günlər Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi sahədə yeni saziş müzakirə edilib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında Azərbaycan, Gürcüstan və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunun təsdiq edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb. Təbii ki, Azərbaycan üçün belə bir saziş, həm də ərazi bütövlüyünün bərpası kimi tarixi əhəmiyyətli məsələnin həllində xüsusi önəm daşıyacaq. Güc balansını kəskin dəyişəcək. Ermənistanı qırmızı xətdən kənarda qoyacaq, təkləyəcək. Ümumiyyətlə, bu saziş son illər ədalətin bərpası istiqamətində atılan ciddi addımlardan biri kimi yadda qalacaq”.

Ekspert vurğulayıb ki, Prezident İlham Əliyevin Biləsuvar royonunda səsləndirdiyi fikirlər, xüsusilə Paşinyana ünvanlanmış ciddi mesajdır:

"Bu mesajın arxasında Azərbaycan xalqının milli maraqları və iradəsi dayanır. O səbəbdən əgər sabah Paşinyan indikindən də sərt və radikal bəyanatlar səsləndirsə, təəccüblənməyin. Çünki onu gələcəkdə nə gözlədiyini hamıdan yaxşı bilir...”

İsmayıl











SON XƏBƏRLƏR

2018-10-18
2018-10-17