2018-09-20 18:48:24   |   250 dəfə oxunub

“Əsrin müqaviləsi” Azərbaycanı dünyanın inkişaf etmiş dövlətlərinin bir parçasına çevirdi

"Azərbaycanın iqtisadi həyatında neftin həmişə böyük önəmi olub. İqtisadiyyatımızın inkişafında, dövlətimizin güclənməsində neft amili əsasdır. Azərbaycanın tanınmasında, iqtisadi inkişafında neftin məxsusi rolu var. 24 il bundan qabaq, Azərbaycan müstəqilliyini elan etdikdən qısa müddət sonra ümummilli lider Heydər Əliyev təbii sərvətimizdən dövlətin güclənməsi üçün səmərəli istifadə strategiyasını ortaya qoydu. Qısa müddətdə "Əsrin müqaviləsi” imzalandı. Bu Azərbaycanın təkcə iqtisadi imkanlarını artırmadı, həm də onun dünyada mövqeyini gücləndirdi”.

Bu fikirləri "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı "Əsrin müqaviləsi”nin 24 illiyi ilə bağlı danışarkən deyib.

Baş yazarın qənaətincə "Əsrin müqaviləsi” Azərbaycanı dünyanın və Avropanın inkişaf etmiş dövlətlərinin bir parçasına çevirib: "Təbii ki, Azərbaycanda bu işlərdən qabaq iqtisadiyyatla, infrastrukturla bağlı problemlər var idi. Bunların həlli neftdən və "Əsrin müqaviləsi”ndən gələn o vəsaitlərin hesabına ödənildi. Azərbaycan həmin gəlirləri insan kapitalına yönəltdi. Bu müqavilə Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini möhkəmləndirdi. Avropanın enerji təhlükəsizliyi məsələsində ölkəmiz bu gün qəbul olunur. Neft-qaz ehtiyatları Azərbaycanın hesab edirəm ki, daha doğru və dürüst proqramların, layihələrin həyata keçirilməsinə kömək etdi”.

Qeyd edək ki, 24 il bundan əvvəl Azərbycanın tarixində mühüm addım atıldı. Müstəqilliyini yenicə əldə edən, dövlət mexanizmi tam formalaşmayan, ərazi bütövlüyü işğalçı Ermənistan tərəfindən pozulan Azərbaycan üçün dünyanın 11 dövlətinin neft şirkətini Bakıda toplamaq böyük nailiyyət idi. Məhz, 1994-cü ilin sentyabr ayında Bakıda toplaşan dünya liderləri mühüm qərarın qəbul edilməsinə nail oldular. "Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan dövlətinin davamlı inkişafına töhfələr verdi.







SON XƏBƏRLƏR

2018-12-15