2018-09-20 19:19:17   |   530 dəfə oxunub

"Əsrin müqaviləsi" yeni Azərbaycana yeni həyat bəxş etdi" - Deputat



Bu gün Azərbaycanda üç neft-qaz: Azəri, Çıraq, Günəşli yataqlarının işlənməsinə dair "Əsrin müqaviləsi”nin imzalanmasının 24 illik yubileyi qeyd edilir. Və bu sənəd nəhəng enerji layihələrindən birinin başlanğıcı hesab olunur.20 sentyabr 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan və 12 xarici neft şirkətindən ibarət konsorsium arasında "Əsrin müqaviləsi” imzalanıb. Bütün dünyanı riqqətə gətirən bu hadisə ümummilli liderin hakimiyyətə qayıtmasından 1 il sonra baş verib. Məlum müqaviləni "Amoco", "Unocal", "Pennzoil", "Exxon", "McDermott", Britaniyadan "British Petroleum" və "Ramco", Norveçdən "Statoil", Rusiyadan "LUKoil", Türkiyədən "TPAO", "Delta Oil" Səudiyyə Ərəbistanından, Yaponiyadan "İtochu" şirkətləri imzalayıb. Azərbaycanı isə Dövlət Neft Şirkəti (SOCAR) təmsil edib.

"Əsrin müqaviləsi” adı təsadüfi deyil – o ölkəmizin həyatında yeni bir dövrə işarə idi, Azərbaycanın XXI əsrə siyasi və iqtisadi təməli olub.Bu müqavilə imzalanan gündən ölkəmizdə müasir neft-qaz və nəqliyyat layihələri realizə edilməyə başlanıb və Azərbaycanın enerji təhlükəsizliyi və iqtisadi sabitliyi təmin edilib.

Müqavilənin Azərbaycan üçün iqtisadi və siyasi əhəmiyyətindən danışan millət vəkili Rüfət Quliyev "Sherg.az"a söyləyib ki, indiki halda bizim bir ölkə və xalq olaraq ayaq üstə durmağımızın kökündə "Əsrin müqaviləsi" dayanır. Deputatın sözlərinə görə, o ölkə, o xalq xoşbəxtdir ki, öz hesabına inkişaf edir:

Hətta Azərbaycan xeyli müddətdir ki, öz milli maraqlarımızı əsas tutaraq, Türkiyə, Sloveniya, Çexiya, Ukrayna, Qazaxıstan və s ölkələrə investisiya yatırır. "Əsrin müqaviləsi" olmasa idi, Azərbaycanın bu qədər iqtisadi qüdrəti olmazdı. Bu gün gənc nəsil üçün "Əsrin müqaviləsi"nin imzalanması asan görünə bilər. Amma bu, heç də belə deyil. Bu müqavilənin imzalanması çox böyük çətinliklə başa gəlib. Bütün bunlara rəğmən hazırda Azərbaycan dünya miqyasında inkişaf edən ölkədir. Artıq Avropanı neft və qazla təmin edirik. İlbəil bu təminat artacaq".

Parlamentari onu da əlavə edib ki,"Əsrin müqaviləsi" yeni Azərbaycana yeni həyat bəxş etdi: 

"1993-cü ildə Ulu Öndər xalqın tələbi ilə qayıtdı və o dərhal Azərbaycanda problemlərin həllinə başladı. 1994-cü ildə "Əsrin müqaviləsiniu" dünya şöhrətli şirkətlərlə bağladı. Həmin şirkətlər nəyə görə bu müqaviləyə imza atdılar? Çünki ortada ulu öndərin xarizması var və ona böyük inam, etimad göstərirdilər. O vaxt ulu öndər Avropa, Amerika da görüşlər keçirirdi. Onların başa salmağa çalışırdı ki, Azərbaycan 1990-cı illərdəki kimi olmayacaq. "Əsrin müqaviləsi"nin təminatçısı birmənalı Heydər Əliyevdir. Hazırkı Prezidentimiz İlham Əliyev də bu proseslərdə yaxından iştirak edərək, köməklik göstərib".

Ayyət Əhməd








SON XƏBƏRLƏR

2018-12-14
2018-12-13