2018-09-20 20:12:37   |   469 dəfə oxunub

" "Əsrin müqaviləsi" ulu öndərin əməyinin bəhrəsidir" - Millət vəkili


"Əsrin müqaviləsi"ndən əldə olunan gəlirlə ilk növbədə ordu yaratdıq. Ordu yaradıcılığı çox böyük sərmayə tələb edir. İkincisi, çıxıb şəhəri gəzsəniz bu müqavilənin bizə nə bəxş etdiyini görəcəksiniz".

Bunu "Sherg.az"a millət vəkili Araz Əlizadə "Əsrin müqaviləsinin " Azərbaycanın soial, iqtisadi və siyasi həyatına göstərdiyi təsirlərdən danışarkən deyib. 

Deputatın sözlərinə görə, 1994-cü ildə Azərbaycanın şəhər, rayon və kəndləri İkinci Dünya müharibəsindən sonrakı Avropanı xatırladırdı:

"O zaman Azərbaycanda işsizlik hədsiz dərəcədə idi, amma indi 5 faizə düşüb. Azərbaycan iqtisadi və siyasi cəhətdən sabitlik adasına çevrilib. Bunların hamısının kökündə həmin müqavilə dayanır. Sonda onu xüsusi qeyd edim ki, ulu öndər Heydər Əliyev bütün məsuliyyəti öz üzərinə götürərək sözügedən müqaviləyə imza atdı. Bu mənada hesab edirəm ki, "Əsrin müqaviləsi" ümummilli liderin əməyinin bəhrəsidir".

Qeyd edək ki, bu gün Azərbaycanda üç neft-qaz: Azəri, Çıraq, Günəşli yataqlarının işlənməsinə dair "Əsrin müqaviləsi”nin imzalanmasının 24 illik yubileyi qeyd edilir .20 sentyabr 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan və 12 xarici neft şirkətindən ibarət konsorsium arasında "Əsrin müqaviləsi” imzalanıb. Bütün dünyanı riqqətə gətirən bu hadisə ümummilli liderin hakimiyyətə qayıtmasından 1 il sonra baş verib. Məlum müqaviləni "Amoco", "Unocal", "Pennzoil", "Exxon", "McDermott", Britaniyadan "British Petroleum" və "Ramco", Norveçdən "Statoil", Rusiyadan "LUKoil", Türkiyədən "TPAO", "Delta Oil" Səudiyyə Ərəbistanından, Yaponiyadan "İtochu" şirkətləri imzalayıb. Azərbaycanı isə Dövlət Neft Şirkəti (SOCAR) təmsil edib.

Ayyət Əhməd







SON XƏBƏRLƏR

2018-12-12
2018-12-11