2018-09-21 18:05:00   |   256 dəfə oxunub

"Azərbaycan bölgənin iqtisadi nüfuza və güclü orduya malik ölkəsidir" - Deputat



"Azərbaycan çox önəmli strateji bir sistem formalaşdırıb. Azərbaycanın həyata keçirdiyi layihələr dayanıqlı iqtisadiyyatımızın yaranmasında mühüm rol oynayıb. Həmin layihələrə Azərbaycanın nəqliyyat sektoru və eyni zamanda ölkəmizin Avropanın enerji təhlükəsizliyini təmin etməsi məsələləri daxildir"

Bunu "Sherg.az"a ölkə başçısı İlham Əliyevin bu gün Milli Məclisdə Azərbaycanın bütün sahələrdə gücünün artmasına dair səsləndirdiyi fikirlərə münasibət bildirərkən millət vəkili Asim Mollazdə söyləyib.

Parlamentari qeyd edib ki, Azərbaycanın yatırımları ilə gerçəkləşən layihələr Asiya və Avropa ölkələrinin inkişafına ciddi töhfələr verəcək:

Bununla yanaşı Azərbaycanda mövcud olan multikultural dəyərlər, bütün mədəniyyət və sivilizasiyaların əməkdaşlıq təcrübəsi çox mürəkkəb proseslərin qarşısını almaq üçün əsas mexanizmdir:

"Bundan başqa Prezident Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə dair maraqlı və əsaslı fikirlər səsləndirdi. Bu yanaşma və ya mövqe dünyaya, beynəlxalq təşkilatlara bir mesaj idi. Bu münaqişənin dinc yolla həlli üçün yeganə çıxış yoludur. Ermənistan rəhbərliyi bu şansdan istifadə etməlidir. 

Cinayətkar rejimi əvəz edən yeni rəhbərliyin yeganə xilas yolu Azərbaycanla sülh yaradaraq Ermənistanın müstəqilliyini bərpa etməkdən keçir. Əks halda işğalçı ölkə çox ciddi təhlükələrlə üzləşəcək. Əlbəttə, Azərbaycan müdafiə sistemini gücləndirir. Bu işlərə çox ciddi diqqət yetirir. Bunu hamı nəzərə almalıdır. İndiki halda Azərbaycan bölgənin iqtisadi nüfuza və eyni zamanda ən güclü silahlı qüvvələrə malik ölkəsidir".

Ayyət Əhməd










SON XƏBƏRLƏR

2018-10-20
2018-10-19