2018-09-21 19:37:31   |   376 dəfə oxunub

"Azərbaycan dünyada mövqelərini xeyli möhkəmləndirib" - Aydın Quliyev



1994-cü ildə imzalanmış və 2017-ci ildə onun davamı olan iki böyük neft müqaviləsi Azərbaycan tarixində çox əhəmiyyətli nəticə və təsirləri olan faktlardır.Bunları XX əsrin sonu və XXI əsrin əvvəllərində Azərbaycan üçün dünyanın tarixinə əlamətdar hadisə olaraq
yazılmış iki böyük neft kontraktı kimi dəyərləndirmək olar.

Bunu "Sherg.az"a "Bakı- Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev "Əsrin müqaviləsinin " Azərbaycanın sosial, iqtisadi və siyasi həyatına göstərdiyi təsirlərdən danışarkən bildirib.

Baş yazar diqqətə çatdırıb ki, bu kontrantların Azərbaycanla yanaşı bütün regiona böyük fayda verməsi bir faktdır. Ancaq bu müqavilələr imzalanması böyük çətinliklər və geosiyasi mübarizələr şəraitində baş tutub:

"O dövrdə cəmiyyətdə müqavilənin imzalanmasının detalları ilə bağlı tam bilgilər yox idi. Bu bilgilərin olmaması o demək deyil ki, bu iş asanlıqla başa gəlib. Məxsusi olaraq, bu kontrakt Azərbaycanın müstəqilliyinə yenicə qovuşduğu bir dövrdə imzalandı. Onda daxildə və xaricdə Azərbaycanın suverenliyinin əbədi bir prosesə çevriləcəyinə inanmayan və bunu istəməyən müəyyən qüvvələr var idi. Bütün bunlara rəğmən müqavilə imzalandı. Hesab edirəm ki, məlum müqavilələr Azərbaycan diplomatiyasının və şəxsən Heydər Əliyevin tarix qarşısında böyük xidməti kimi dəyərləndirlməlidir. Ölkəmizdə sosial -iqtisadi mənzərəsinin dəyişməsi və SSRİ-dən yenicə ayrılmış bir gənc ölkənin iqtisadi strukturlarının qurulmasında neft müqavilələrinin çox böyük rolu oldu. İnsanların, cəmiyyətin həyat şəraitinin yaxşılaşması üçün, Azərbaycana çox vacib olan milli ordu quruculuğu üçün stabil bir maliyyə bazasının yaradılmasında neft müqavilərinin rolu danılmazdı. Mübaliğəsiz demək mümkündür ki, neft müqaviləsi Avrasiya regionunun konkret olaraq bir -birinə birləşdilməsində və bu regionda böyük bir körpü kimi tarixi rol oynaması inkaredilməzdir".

Sözügedən neft müqavilələrinin Xəzər hövzəsindən başlayaraq Avropaya qədər uzandığını vurğulayan A.Quliyev qeyd edib ki, məhz bu kontraktların təsiri altında Azərbaycan cəmiyyətində ölkəmizin iqtisadi qüdrətinə inam artıb:

" Bu kontraktların nəticələridir ki, Azərbaycan regionda Ermənistandan başqa bütün dövlətlərlə əməkdaşlıq edir. Azərbaycanın dünya üçün önəminin artmasında kontraktlar mühüm rol oynadı. Dağlıq Qarabağ münaqişəsinin həlli uğurunda mübarizədə Azərbaycanın geosiyasi mövqelərinin möhklənməsi olduqca vacib faktordur. Azərbaycan dünyada mövqelərini xeyli möhkəmləndirib. Bu onun təzahürüdür ki, ölkəmiz artıq dünyanın marağında olan və dünyanın mənafelərinə təsir göstərən bir sıra iqtisadi, siyasi hümanitar platformaların müzakirə olunduğu bir məkana çevrilib. Azərbaycan bir sıra çətin mürəkkləb məsələlərin həlli üçün dialoq meydanı kimi seçilir. Azərbayucan BMT Təhlükəsizilik Şurasının daimi üzvü statusunu qazana bildi. Azərbaycanda əhalinin rifah halı və iqtisadi vəziyyəti xeyli dərəcədə yaxşılaşdı. Ölkəmizdə neft konktraktlarının formalaşdırdığı baza üzərində qeyri-neft sektoru yaradıldı. Ümumən bu kontraktlar Azərbaycanın və Azərbaycan liderlərinin tarixi xidmətləri olmaqla yanaşı Avrasiya regionunda mühüm layihələrin gerçəkləşməsi üçün baza rolunu oynadı".

Qeyd edək ki, bu gün Azərbaycanda üç neft-qaz: Azəri, Çıraq, Günəşli yataqlarının işlənməsinə dair "Əsrin müqaviləsi”nin imzalanmasının 24 illik yubileyi qeyd edilir .20 sentyabr 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan və 12 xarici neft şirkətindən ibarət konsorsium arasında "Əsrin müqaviləsi” imzalanıb. Bütün dünyanı riqqətə gətirən bu hadisə ümummilli liderin hakimiyyətə qayıtmasından 1 il sonra baş verib. Məlum müqaviləni "Amoco", "Unocal", "Pennzoil", "Exxon", "McDermott", Britaniyadan "British Petroleum" və "Ramco", Norveçdən "Statoil", Rusiyadan "LUKoil", Türkiyədən "TPAO", "Delta Oil" Səudiyyə Ərəbistanından, Yaponiyadan "İtochu" şirkətləri imzalayıb. Azərbaycanı isə Dövlət Neft Şirkəti (SOCAR) təmsil edib.

Ayyət Əhməd















SON XƏBƏRLƏR

2018-12-11
2018-12-10