2018-09-21 20:42:41   |   216 dəfə oxunub

III Avropa Oyunlarına ev sahibliyi üçün namizədlərin qəbuluna start verilib




Avropa Olimpiya Komitələri (EOC) 2023-cü il III Avropa Oyunlarının keçirilməsinə namizədlərin seçimi üzrə prosesin başlandığını elan edib.

"Report” xəbər verir ki, bu barədə qərar qurumun İcraiyyə Komitəsinin İsveçin paytaxtı Stokholmda təşkil olunan iclasında qəbul edilib.

Müsabiqədə iştirakdan ötrü sənədlərin verilməsi üçün son müddət 28 fevral 2019-cu ildir.

III Avropa Oyunlarına ev sahibliyi edəcək şəhər və ya şəhərlərin adları "Minsk 2019” II Avropa Oyunları ərəfəsində açıqlanacaq. Bu da yeni təşkilatçıların Belarusda baş tutacaq tədbir zamanı təcrübə toplamalarına imkan yaradacaq.

Qeyd edək ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib. Növbəti Oyunlar 2019-cu il iyunun 21-30-da Minskdə təşkil olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissən






SON XƏBƏRLƏR

2018-12-14
2018-12-13