2018-09-21 22:53:00   |   144 dəfə oxunub

Uşaq bağçasına bıçaqlı hücum olub

Hücumun motivləri barədə heç bir xəbər verilmir


 Nyu-Yorkda qadın bıçaqla uşaq bağçasına hücum edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, 3 uşaq olmaqla 5 nəfər bıçaq yarası alıb.

Hadisə Nyu-Yorkun Kuins rayonunda gündüz bağçasında baş verib. Hücum edən qadın saxlanılıb. Uşaqlardan biri ciddi xəsarət alsa da, yaralıların həyatı üçün heç bir təhlükə yoxdur.

Polisin məlumatına görə, hücumu edən qadının 52 yaşlı var. Hücumun motivləri barədə heç bir xəbər verilmir.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.









SON XƏBƏRLƏR

2018-10-20
2018-10-19