2018-09-22 01:30:04   |   181 dəfə oxunub

ABŞ-da tanınmış idmançının atasını güllələdilər



ABŞ-ın Milli Basketbol Liqasının (MBA) çempionu olan Riçard Ceffersonun atasını güllələyiblər.
Oxu.Az TMZ-yə istinadən xəbər verir ki, hadisə Kompton şəhərində baş verib.
Bildirilir ki, 65 yaşlı Riçard Cefferson spirtli içkilərin satıldığı dükanın yanında durarkən yoldan keçən avtomobildən naməlum şəxslər atəş açıblar.

Basketbolçunun atasının yanında daha iki nəfər olub. Hücum edənlərin R. Ceffersonu yaxud həmin şəxsləri hədəfə aldıqları dəqiq bilinmir.

Ata Cefferson xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.






SON XƏBƏRLƏR

2018-10-20