2018-09-22 13:47:27   |   308 dəfə oxunub

Dünya çempionatı: Hidayət Heydərov yarımfinala yüksəlib - YENİLƏNİB


Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, 21 yaşlı idmançı 1/4 finalda monqolustanlı Odbayar Qanbaatara qalib gəlib. O, rəqibini vazaari xalı ilə üstələyib.

Yarımfinal və medal görüşləri saat 16:00-da başlanacaq.

*** 13:23

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.

"Report”un məlumatına görə 73 kq çəki dərəcəsində yer alan 21 yaşlı idmançı 1/8 final mərhələsində tacikistanlı Behruzi Xojazoda qalib gəlib. Görüşün əsas vaxtında qalib müəyyənləşməyib. Heydərov əlavə vaxtda fənd işlədərək qalib gəlib. Görüş ümumilikdə 4 dəqiqə 21 saniyə davam edib. Heydərovun 1/4 final mərhələsindəki rəqibi monqolustanlı Odbayar Qanbaatar olacaq. Bu iki cüdoçu ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatında bürünc medal uğrunda görüşdə də qarşılaşıb. Həmin vaxt Qanbaatar qalib gələrək, 3-cü yeri tutub. Heydərov isə 5-ci yerlə kifayətlənib.

73 kq çəkidəki azərbaycanlı digər cüdoçu Rüstəm Orucov isə mübarizəni dayandırıb. Onun 1/8 final mərhələsində monqolustanlı Tsoqtbaatar Tsend-Oçirlə görüşü 8 dəqiqə 35 saniyə davam edib. Əlavə vaxtda monqolustanlı cüdoçu vaazari xalı ilə qalib gələrək, mərhələ adlayıb.

*** 12:38

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.

"Report”un məlumatına görə, 73 kq çəki dərəcəsində yer alan 21 yaşlı idmançı 1/16 final mərhələsində monteneqrolu Sedrik Bessiyə qalib gəlib. O, 2 dəqiqə 15 saniyəyə ipponla qələbə qazanıb. Heydərovun növbəti rəqibi tacikistanlı Behruzi Xojazoda olacaq.

Qeyd edək ki, 73 kq çəkidəki digər cüdoçu Rüstəm Orucov da 1/8 finala yüksəlib. Onun rəqibi monqolustanlı Tsoqtbaatar Tsend-Oçir olacaq.






SON XƏBƏRLƏR

2018-10-16
2018-10-15